SON XƏBƏRLƏR

Amerikanın keçmiş prezidenti Corc Buş vəfat edib

2021.10.20, 07:36
Amerikanın keçmiş prezidenti Corc Buş vəfat edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş prezidenti ata Corc Buş vəfat edib.

 

Bu barədə “The Washington Post” məlumat yayıb.

 

Keçmiş prezidentin 94 yaşı var idi. O 1989-1993-cü illərdə ABŞ-a rəhbərlik edib. Onun oğlu kiçik Corc Buş isə 2000-2008-ci illərdə ABŞ prezidenti seçilib.

 

Corc Herbert Uoker Buş ABŞ-ın 41-ci prezidenti olub. O ABŞ tarixinin ən uzunömürlü prezidenti hesab olunur. Onun xanımı Barbara Buş isə apreldə vəfat edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar