SON XƏBƏRLƏR

Xamneyinin istefasını tələb etdiyi üçün həbs edilən müəllim aclığa başladı

2021.10.28, 11:45
Xamneyinin istefasını tələb etdiyi üçün həbs edilən müəllim aclığa başladı

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, hazırda Məşhədin Vəkilabad həbsxanasında saxlanılan və 6 uşaq anası olan Nüsrət Beheşti bəyanat yayıb.

O, Məşhəd zindanında qeyri-müəyyən vəziyyətdə saxlanmasına etiraz olaraq, oktyabrın 24-dən etibarən aclıq aksiyasına başlayıb.


Nüsrət Beheşti deyib ki, o, Məşhəd zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılmasına son qoyulmayana, barəsində irəli sürülmüş ittihamların geri götürülməyənə və azadlığa buraxılması təmin edilməyənə qədər aclıq aksiyasını dayandırmayacaq. 


Qeyd edək ki, 2019-cu ilin avqust ayında daha 13 qadın hüquq müdafiəçisi ilə birlikdə Xamneyinin istefası tələbi ilə birgə bəyanat yaydığına görə həbs edilən Nüsrət Beheşti bir müddət həbsdə saxlandıqdan sonra müvəqqəti olaraq zaminə buraxılmışdı.


O, üç ay əvvəl müəllimlərin və hökumət işçilərinin maaşlarının artırılması tələbi ilə keçirilən dinc etirazlara qatıldıqdan sonra yenidən həbs edilib. 


Nüsrət Beheşti həbs edildikdən sonra əvvəlcə ETTELAAT idarəsinin təcridxanasına aparılsa da, sonradan Məşhədin Vəkilabad zindanına köçürülüb. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar