SON XƏBƏRLƏR

Tanınmış güneyli dilçi Hüseyn Məhəmmədzadə xəstəxanaya yerləşdirilib

2022.06.06, 04:35
Tanınmış güneyli dilçi Hüseyn Məhəmmədzadə xəstəxanaya yerləşdirilib

Gunaz.tv

Yaxınlarının verdiyi məlumata görə, türkoloq beyin infarktı keçirib və ağır durumdadır.

1945-ci ildə Təbrizdə anadan olan Hüseyn Düzgün müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub.

O, 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşriyyələrin, o cümlədən türkcə buraxılan “Yoldaş” dərgisinin baş redaktoru olub.

İnqilabın ilk illərindən sonra ağır siyasi başqılar nəticəsində Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.

Rjimə qarşı yumuşaq siyasi tutumuna baxmayaraq, o, Tehranda türk dilinin öyrədilməsi üçün kurslar açıb, çox sayda gənc və yeniyetmənin ana dilini öyrənməsində böyük rolu olub.

Hüseyn Məhəmmədzadə Sədiq (Hüseyn Düzgün) Kaşğarlı Mahmudun “Divani Lüğat-it Türk” əsərini çevirib.

Füzulinin və Azərbaycanın onlarla klasik şairinin əsərlərini işləyib və nəşr edib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar