SON XƏBƏRLƏR

Tanınmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədi həbsxanadan məzuniyyətə buraxılıb

2022.02.23, 09:45
Tanınmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədi həbsxanadan məzuniyyətə buraxılıb

Gunaz.tv

Bu, beynəlxalq insan haqları təşkilatının İran hökumətinə basqılarından sonra reallaşıb.

Bu barədə N.Məhəmmədinin həyat yoldaşı Tağı Rəhmani özünün sosial media hesabında paylaşım edib. O, bildirib ki, ürəyində damar tıxanması səbəbindən cərrahi əməliyyat olunan Nərgiz Məhəmmədinin tibbi məzuniyyətə buraxılıb.

Tağı Rəhmaninin sözlərinə görə, onun həyat yoldaşı fevralın 19-da tənəffüs problem yaşamasına baxmayaraq müalicə olunmadan xəstəxanadan zindana qaytarılıb.

“Qərçək zindanı işgəncə yeridir. Nərgizin oraya qaytarılması ondan qısas almaq məqsədi daşıyır”-deyə, Tağı Rəhmani paylaşımında yazıb.

Qeyd edək ki, zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-də Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə 8 il həbsə və 70 şallaq zərbəsinə məhkum edilib. 

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə salınıb.

Rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilərək təzyiqlərə məruz qalıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar