SON XƏBƏRLƏR

"İnsanlar rejimdən qorxmadan onun başına toplaşırlar"- Tanınmış yazıçıdan Abbas Lisani ilə bağlı paylaşım

2022.02.17, 03:21
"İnsanlar rejimdən qorxmadan onun başına toplaşırlar"- Tanınmış yazıçıdan Abbas Lisani ilə bağlı paylaşım

Gunaz.tv

“Türklər onların hüquqlarının müdafiəsi uğrunda həbs edilən Azərbaycan oğlunu təqdir edir, bütün təhlükəsizlik basqılarını heçə sayaraq məzuniyyətə çıxan Abbas Lisaninin evində toplaşırlar”-deyə, ərəb yazıçı bildirib.

Bənitorəf Abbas Lisaninin ona qarşı irəli sürülən ittihamlarla bağlı keçirilən məhkəmələrdə yad dildə danışmadığını, yalnız ana dili türkcə özünü müdafiə etdiyini xatırladıb.

“Şübhəsiz koronovirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər olmasaydı bu qeyrətli kişi ilə görüşə gələnlərin sayına görə Təbriz stadionuda kiçik olardı.

Əziz dostum Abbas, sən ayaqdasan və Əl-Əhvaz ərəbləri ilə bağlı birlik çağırışların unudulmayacaq”-deyə, Yusif Əzizi Bənitorəf yazıb.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar