SON XƏBƏRLƏR

"İran qadınlara və etirazçılara qarşı hər cür zorakılığa son qoymalıdır"-Kanada XİN

2022.11.26, 08:00
"İran qadınlara və etirazçılara qarşı hər cür zorakılığa son qoymalıdır"-Kanada XİN

Gunaz.tv

"Biz İrandan tələb edirik ki, bütün vətəndaşlarının etirazlarına ayrı-seçkilik etmədən diqqətət yetirsin və onların dinc etirazlar keçirmək hüququna hörmət etsin",-deyə, Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Kanada Xarici İşlər Nazirliyi iranlıların, xüsusilə də qadınların şücaətini alqışlayıb və onlarla həmrəylik elan etməklə yanaşı, İslam Respublikasının qadına qarşı hər cür təqib və zorakılığa son qoymalı olduğunu vurğulayıb.

Digər tərəfdən Kanadanın xarici və beynəlxalq inkişaf nazirləri də Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə birgə bəyanat yayıblar.

"İran qadınları qadınlara və qızlara qarşı zorakılığa son qoymaq üçün güclü hərəkata rəhbərlik edirlər.

Kanada İran xalqının və qadınların hüquqlarının müdafiəsində möhkəm dayanacaq”,-deyə, bəyanatda qeyd edilib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar