SON XƏBƏRLƏR

Kanada insan hüquqları pozuntusuna görə Rusiya, İran və Myanmaya sanksiya tətbiq edib

2022.12.09, 14:39
Kanada insan hüquqları pozuntusuna görə Rusiya, İran və Myanmaya sanksiya tətbiq edib

Gunaz.tv

Bildirilib ki, Rusiyanın Ukraynaya təcavüzünə etiraz edən bu ölkənin vətəndaşlarına qarşı sistematik insan hüquqlarının pozulmasında iştirak edən hazırkı və keçmişdə yüksək vəzifəli 33 şəxsə sanksiya tətbiq edilib.

Qeyd edək ki, Kanada fevralın 24-də Rusiya Ukraynanı işğal əməliyyatına başlayandan sonra Rusiya, Ukrayna və Belarusdan olan 1500-dən çox fiziki və hüquqi şəxs barəsində uyğun qadağaları qoymuşdu.

İranın isə 22 vətəndaşına, o cümlədən ədliyyə, penitensiar sistem və hüquq-mühafizə orqanlarının yüksək rütbəli vəzifəlilərinə, İranın ali rəhbəri ayətullah Əli Xameneinin baş köməkçiləri və dövlət mediası xadimləri kimi siyasi liderlərə qarşı sanksiyalar tətbiq olunub.

Kanadanın xarici işlər naziri Melanie Jolie sanksiyalarla bağlı deyib: "Hələ görüləcək çox iş var, ancaq Kanada heç vaxt insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini dayandırmayacaq”.

Qeyd edək ki, Böyük Britaniya da Rusiya, İranın hərbçiləri də daxil olmaqla məmurlarına sanksiya tətbiq edib. (report.az)

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar