SON XƏBƏRLƏR

Kanada və Amerika İrana qarşı sanksiyaları genişləndirib

2022.11.17, 09:44
Kanada və Amerika İrana qarşı sanksiyaları genişləndirib

Gunaz.tv

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İran İslam Respublikasının 6 yüksək vəzifəli əməkdaşını sanksiyalar siyahısına əlavə edib.

Birləşmiş Ştatların Maliyyə Nazirliyi bildirir ki, İran İslam Respublikası Yayım Korporasiyası İranda məhbus olan iranlı, ikili vətəndaşlığı olan və beynəlxalq əsilli şəxslərin yüzlərlə məcburi etirafını yayımlayıb.

Bəyanatda deyilir ki, İran Televizya və Radio Şirkəti neytral media kimi deyil, İslam Respublikasının öz xalqına qarşı kütləvi repressiya və senzura kampaniyasında həyati bir vasitə kimi çıxış edir, mütəmadi olaraq İran vətəndaşlarına, ikili vətəndaşlara və əcnəbilərə qarşı yalan və əsassız ittihamlar yayımlayır. 

Bəyanatda əlavə olunur ki, media yalan məlumat yaymaq üçün saxta xəbərlərdən istifadə edir.

İran Televizya və Radio Şirkətinin rəhbəri Peyman Cəbəli, onun üç müavini və iki jurnalistin adı sanksiyalar siyahısına salınıb.

Eyni zamanda Kanada İrana qarşı sanksiya siyahısına 6 fiziki və 2 hüquqi şəxsi əlavə edib.

Bildirilib ki, İranın pilotsuz uçuş aparatları (PUA) istehsalçılarına qarşı da sanksiyalar tətbiq olunub.

Kanada Xarici İşlər Nazirliyinin açıqlamasına görə, İranda iki dövlət qurumu, o cümlədən “Şahid Kosmik Sənayesi” və “Quds Kosmik Sənayesi” yeni sanksiyalara məruz qalıb.

Bu bəyanatda adı çəkilən qurumların hər ikisinin İslam Respublikasının beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirən,  sabitliyi pozan hərəkətlərində, o cümlədən Rusiya qüvvələrinə silah satışında rol oynadıqları qeyd edilir.

Bununla yanaşı adı çəkilən qurumların dronlardan istifadəni öyrətmək üçün İran hərbi personalının Rusiyaya göndərilməsində də iştirak etdiyi bildirilir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar