SON XƏBƏRLƏR

"Ukrayna təyyarəsində həlak olanların ailələrinin yanındayıq"-Kanadanın baş naziri

2023.01.07, 13:03
"Ukrayna təyyarəsində həlak olanların ailələrinin yanındayıq"-Kanadanın baş naziri

Gunaz.tv

Ukrayna təyyarəsinin SEPAH raketləri ilə vurulmasının üçüncü ildönümündə Kanadanın baş naziri Castin Trüdo bu ölkənin xarici işlər naziri və digər rəsmi şəxslərlə birlikdə həlak olanların ailələri ilə görüşüb.

Baş nazir Kanadanın İranı məsuliyyətə cəlb etmək əzmində olduğunu bildirib.

“Ailələr layiq olduqları ədaləti əldə etməyənə qədər sakit qalmayacayıq”-Kanadanın xarici işlər naziri Melani Coli deyib.

Kanadanın xarici işlər naziri bildirib ki, bu görüşdə həlak olanların ailələrinə Ukrayna təyyarəsinin vurulması ilə bağlı İranı məsuliyyətə cəlb etmək üçün Kanada hökumətinin son addımları barədə məlumat verilib.

Digər tərəfdən, Kanada parlamentinin üzvü Əli Ehsasi CBC telekanalına müsahibəsində Kanada hökumətindən İran İslam Respublikasının Beynəlxalq Aviasiya Təşkilatı, ICAO-dakı nümayəndəsi Fərhad Pərvəreşə qarşı ciddi səyahət məhdudiyyətləri tətbiq etməyi istəyib.

Xatırladaq ki, 2020-ci il, yanvarın 8-də SEPAH-ın iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus BOEİNG-752 təyyarəsində olan 176 sərnişinin hamısı həlak olub.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar