SON XƏBƏRLƏR

Kanadanın baş naziri İranda rejim dəyişikliyindən danışıb

2022.10.30, 09:03
Kanadanın baş naziri İranda rejim dəyişikliyindən danışıb

Gunaz.tv

Kanadanın baş naziri Castin Trüdo İranda rejim dəyişikliyi ehtimalından danışan ilk Qərb lideri oldu və ölkəsinin bundan sonra İranın “dəhşətli rejimi” ilə əlaqəli olanlar üçün təhlükəsiz yer olmayacağını vurğuladı.

“Yəqin ki, rejim dəyişdikdə və İranda vəziyyət yaxşılaşdıqda, xalqa zülm etməkdə məsul olanlar heç vaxt unudulmayacaq və onlara Kanadaya köçməyə icazə verilməyəcək",- deyə, Ottavada iranlıların böyük toplantısında xanımı ilə birlikdə iştirak edən Kanadanın baş naziri deyib.

O, iranlı etirazçılara dəstək olduğunu vurğulayaraq Kanadanın artıq İranın eybəcər və qorxulu rejimindən faydalananlar üçün təhlükəsiz yer olmayacağını bildirib.

Castin Trüdonun bu çıxışını alqışlayan toplantı iştirakçıları "təpiklə ölkədən bayıra atın" qışqıraraq Kanadada yaşayan İran hökumətinə bağlı şəxslərin qovulmasını tələb ediblər.

"Dünya yüksək səslə deyir ki, yetər. Qəddarlıq, zülm və fundamental insan hüquqlarının pozulması kifayətdir”, -deyən Trüdo, bütün dünya xalqlarına İranın cəsur qadınlarını dəstəklədiklərinə görə təşəkkür edib.

"Biz buradayıq və bu vasitə ilə İran xalqının etirazlarının qarşıdakı həftələr və aylar davam edəcəyini bildiririk"-İran hökumətinin etiraz aksiyalarının sona çatdığı barədə uydurma məlumat və təbliğatlatına toxunan baş nazir belə deyib.

Kanadanın baş naziri ölkəsinin İran İnqilab Keşikçiləri Korpusu və İran xalqına qarşı repressiyalarda rolu olan məmurlara qarşı tətbiq etdiyi sanksiyalara toxunub.

Rəsmi Kanadanın Bosniya və Ruandadakı soyqırımlarda hərbi cinayətkarlara qarşı tətbiq etdiyi tədbirləri onlara qarşı da gördüyünü və bunu davam edəcəyini qeyd edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar