SON XƏBƏRLƏR

Kanadadan İrana qarşı dördüncü sanksiya paketi-Polis də sanksiyaya məruz qaldı

2022.11.01, 09:40
Kanadadan İrana qarşı dördüncü sanksiya paketi-Polis də sanksiyaya məruz qaldı

Gunaz.tv

Kanada Xarici İşlər Nazirliyi Tehrana qarşı dördüncü insan haqları sanksiyaları paketində polis komandanlığı və Tehran polis qüvvələrinin komandiri də daxil olmaqla İranın dörd şəxs və iki qurumunu etirazçılara qarşı repressiyalardakı roluna görə, sanksiya tətbiq edib.

Kanada Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, Qumdakı polis qüvvələri və Əl-Mustafa Əl-Aləmiyyə icması bu ölkənin barələrində sanksiya tətbiq etdiyi iki təşkilatdır.

Həmçinin, Tehran Polis Qüvvələrinin komandanı Həsən Rəhimi, ölkənin baş prokurorunun müavini Əhməd Faziliyan, Şimali Xorasan əyalətinin baş hakimi Əsədullah Cəfəri və Mazandaran əyalətinin baş hakiminin müavini Mürtəza Musəvi də Kanadanın qara siyahıya saldığı şəxslər arasındadırlar.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar