SON XƏBƏRLƏR

Fars şovinistlərindən bədnam tələb: "Azərbaycan Respublikasının tanınması məsələsinə yenidən baxılsın"

2021.10.22, 12:41
Fars şovinistlərindən bədnam tələb: "Azərbaycan Respublikasının tanınması məsələsinə yenidən baxılsın"

Gunaz.tv

Azərbaycan Respublikasını “qondarma cümhuriyyət” adlandıran fars şovinistləri onun İran tərəfindən rəsmən tanınması məsələsinə yenidən baxılmasını tələb ediblər.


“Bu gün bu qondarma cümhuriyyətin və onun müttəfiqlərinin İrana qarşı siyasətlərinin aydın olduğunu nəzərə alaraq, bu dövlətin adına etiraz edirik.

İran İslami Şura Məclisindən bu cümhuriyyətin adı və onun rəsmən tanınması məsələsinin yenidən müzakirə olunasını sizdən xahiş edirik.

Tarix Tələbələri Elmi Dərnəkləri Birliyi bu sahədə dövlət və məclislə əməkdaşlıq etməyə hazır olduğunu bildirir”-deyə, müraciətdə qeyd olunur.

Qeyd edək ki, adıçəkilən tələbə birliyi İranda tanınmış panfarsistlərin nəzarəti altında fəaliyyət göstərir.

Onlar özlərinin və nəzarətlərində olan başqa mətbuat orqanlarında Azərbaycan Respublikasını “Bakı Cümhuriyyəti”, “Aran Cümhuriyyəti” kimi yazır və İrana aid ərazilər hesab edirlər.

Bu cərəyan 44 günlük vətən müharibəsi dövründə İran daxilində və xaricində davamlı olaraq Azərbaycana qarşı təbliğat aparıb, ermənilərlə həmrəylik nümayiş etdirib.

Adı çəkiən cərəyanın əsas himayəçilərindən biri İran parlamentinin keçmiş başçısı və hazırda Fars Dili və Ədəbiyyatı Akademiyasının başçısı Qulaməli Həddad Adildir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar