Antonio Quterreş: “Qasım Süleymaninin İraq və Suriyaya ardıcıl səfərləri beynəlxalq qanunlara ziddir”

13.12.2017, 05:19

GünAzTV: BMT-nin baş katibi Antonio Quterreş dekabrın 12-də Təhlükəsizlik Şurasına təqdim etdiyi bir hesabatda “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadının komandanı Qasım Süleymaninin İraq və Suriyaya qanunsuz səfərlərindən və Yəməndən Səudiyyə Ərəbistanına atılan İran raketlərindən danışıb.

 

Hesabatda bildirilir ki, Qasım Süleymsninin regionun bəzi ölkələrinə, o cümlədən də İraq və Suriyaya sərbəst şəkildə gedib gəlməsi qəbul edilməzdir: “Bu isə, 2007-ci ildən bu yana bununla bağlı tətbiq edilmiş sanksiyaları pozur. “Sepah”ın “Qüds” qanadı komandanının bu iki ölkəyə sərbəst səfərləri, beynəlxalq qanunlara ziddir və mən, Qasım Süleymaninin  xarici səfərlərinə qadağa qoyulmasına baxmayaraq onun İraq və Suriyaya qanunsuz səfərlərini hələ də davam etdirməsi məsələsini BMT Təhlükəsizlik Şurasının dekabrın 18-də keçiriləcək iclasında qaldıracağam”.

 

"Sepah"ın "Qüds" qanadının komandanı Qasım Süleymani

 

Quterreş, öz hesabatında Yəməndəki şiə-husilərin Səudiyyə Ərəbistanına atdığı İranın ballistik raketlərinə də toxunub. O bildirib ki, BMT mütəxəssisləri, husilərin noyabrın 4-də Ər-Riyadın hava limanına atdığı raketin qırıntıları üzərində apardığı araşdırmalar, onların üzərində yazılmış şüarın İranın Hava-Kosmik Təşkilatına bağlı “Şəhid Baqiri Sənayesi” holding şirkətinin istehsal etdiyi raketlər üzərində yazılmış şüarlara bənzərliyini aşkalayıblar.

 

Xatırladaq ki, İranın Hava-Kosmik Təşkilatına və ona bağlı şirkətlərə BMT tərəfindən sanksiya qoyulub. Həmçinin, Vaşinqton 2007-ci ildə, Avropa Birliyi isə 2011-ci ildə “Sepah”ın “Qüds” qanadını və onun komandanı olan Qasım Süleymanini terrorçular siyahısına daxil edib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Əhməd Obalı: "İran hökuməti zəlzələdə dağılan evləri bərpa etməkdə maraqlı deyil"

2023-02-03

gun az article

Zəlzələdən zərər görənlər etiraz aksiyası keçirilib

2023-02-03

gun az article

"İlham Əliyevin güneyli soydaşlarımızın problemlərini qaldırması bizdə qürur hissi yaradıb"- Əhməd Obalı

2023-02-03

gun az article

Güney azərbaycanlılar sanki diri-diri basdırmaq istəyir- "Ərk"-BMT-yə müraciət edəcək

2023-02-03

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Xoy zəlzələsi və Güney Azərbaycan milli hərəkatı”  - VİDEO

2023-02-03

gun az article

Güneyli rejissor zəlzələ ilə bağlı növbəti çağırış etdi

2023-02-03

gun az article

Sünni din xadimi güneylilərə dəstək verməyə çağırdı

2023-02-03

gun az article

Terrorçu Qasım Süleymanini təbliğ edən meyxanaçılar da nəzarətə götürülməlidir

2023-02-02

gun az article

Güneyli jurnalistlər mükafatlarını xoylulara verdilər

2023-02-02

gun az article

Zənganlı fəal müvəqqəti azad edilib

2023-02-02

gun az article

"Həsən Şəriətmədari azərbaycanlı olsa da manqurtlaşmış ünsürdür"-Əhməd Obalı

2023-02-02

gun az article

"Traxtur" klubunun üzvləri Xoya gedəcək

2023-02-02

gun az article

“Görüş”: “Azərbaycanın İranın casus və terror şəbəkəsinə qarşı əməliyyatı” və “Xoy zəlzələsində zərər çəkmiş güneylilərə İran rejimi yardım etmir”-VİDEO

2023-02-02

gun az article

Şərqi Azərbaycan valisi dəyişdirilə bilər

2023-02-02

gun az article

Güneyli rejissor Cəfər Pənahi aclıq aksiyası keçirir

2023-02-02

gun az article

“Traxtur”un oyununda Xoy zəlzələsində ölənlər anılıb

2023-02-01

gun az article

Güneyli siyasi məhbuslardan zəlzələdən zərər çəkənlərə dəstək

2023-02-01

gun az article

Xoylulara dəstək çağırışından sonra futbolçunun bank hesabı bağlandı

2023-02-01

gun az article

"Traktor"dan zəlzələdən zərər görənlərə dəstək

2023-02-01

gun az article

 “Özümüz” proqramında müzakirə: “Zəlzələnin dərdini çəkək, yoxsa dövlətin şərrini” - VİDEO

2023-02-01