SON XƏBƏRLƏR

“Yanvardan yoluxma azalacaq” - Komitə sədri əhalini təşvişə düşməməyə çağırdı

2021.10.20, 07:36
“Yanvardan yoluxma azalacaq” - Komitə sədri əhalini təşvişə düşməməyə çağırdı

Gunaz.tv

Ölkə üzrə bu günədək 241 sinif distant təhsilə keçirilib, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.


Bakı şəhəri üzrə distant təhsilə keçirilmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub. 114 sinifdə tədris distant şəkildə təhsil davam etdirilir.


Məlumat üçün bildirək ki, Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb. Bu hal əsas götürülərək, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.


Əgər məktəblərdə yoluxma davamlı olsa, bütün təhsil ocaqları yenidən distant tədris sisteminə qaytarıla bilər?


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, mövsümi qrip fonunda koronavirusa yoluxmada artım müşahidə olunur və bu proses çox qısa bir müddət çəkəcək:


“Məktəblərin bağlanmasını öncədən demək olmaz. Amma mən düşünürəm ki, epidemiloji vəziyyət belə getməyəcək. Çünki peyvənd olunanların sayı gündən-günə artır. Payız mövsümümün gəlməsi, havanın soyuması ilə əlaqədar olaraq qrip və digər virus infeksiyaları çoxalır. Bunun da fonunda koronavirusa yoluxmada artım müşahidə olunur.


Eyni zamanda, demək olar ki, bütün sahələrdə ənənəvi iş rejiminə keçməsi yoluxmanın artımına təkan verdi. Bu keçici bir dövrdür.


Bununla yanaşı, məktəblərdə nəzarət gücləndirilməlidir. Təkcə məktəbin kollektivi tərəfindən yox, digər nəzarətedici orqanlar da bu işə qoşulmalıdır. Polis, səhiyyə əməkdaşları bu məsələni nəzarətdə saxlamalıdır”. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar