SON XƏBƏRLƏR

Yaponiya XİN: “Rusiya Cənub Kuril adalarını işğal edib”

2022.02.28, 06:29
Yaponiya XİN: “Rusiya Cənub Kuril adalarını işğal edib”

Gunaz.tv

Bunu Yaponiya Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Hideki Uyama söyləyib.

“Şimal ərazilər işğal olunub və biz hesab edirik ki, bu, hazırda Rusiyanın Ukraynaya qarşı etdiyi hücum kimi, beynəlxalq hüquqa ziddir”, - o vurğulayıb.

Qeyd edək ki, Moskva ilə Tokio arasında İturup, Kunaşir və Şikotan adalarının məxsusluğuna dair danışıqlar ötən əsrin ortalarından davam edir.

Kuril adalarının cənub qrupu Yaponiyanın şimalında yerləşir.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar