SON XƏBƏRLƏR

Yaponiya Rusiyanın Baş naziri daxil olmaqla 130-dan şəxsə qarşı sanksiyalar tətbiq edib

2022.05.10, 05:12
Yaponiya Rusiyanın Baş naziri daxil olmaqla 130-dan şəxsə qarşı sanksiyalar tətbiq edib

Gunaz.tv

Müvafiq sənədləri Yaponiya Xarici İşlər Nazirliyi dərc edib.

Bu sənədlərə əsasən, yenilənmiş sanksiya siyahılarına Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev də daxil olmaqla 130-dan çox adam daxil edilib.

O, həmçinin 71 Rusiya şirkətinə malların ixracına və əməliyyatlara qadağa qoyur. Bundan əlavə, siyahıya Taktik Raket Korporasiyası, eləcə də rabitə sahəsində ixtisaslaşmış tədqiqat institutları və texniki bürolar daxildir.

Belə ki, Yaponiyanın sanksiya siyahılarına artıq 700-dən çox Rusiya, Belarus, Luqansk və Donetsk “Respublika”larının vətəndaşları, həmçinin 200-dən çox Rusiya şirkət və təşkilatı daxildir. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar