SON XƏBƏRLƏR

Marağada gənclər arasında işsizlik artıb

2022.08.12, 08:16
Marağada gənclər arasında işsizlik artıb

Gunaz.tv

Yunis Tahiri məşğulluq işçi qrupunun iclasında Marağada gənclər arasında işsizlik sayının artdığını deyib.

Onun sözlərinə görə, rəsmi statistikada bu şəhərdə işsiz gənclərin sayı 7 min nəfərdidr.

Marağanın başçısı "fərmandar" Davud Əsədiyan məsələ ilə bağlı çıxışında Marağa şəhərinin işsizlik göstəricisinə görə birinci yerlərdə qərarlaşdığını söyləyib.

Marağa şəhərinin Məşğulluq İdarəsinin başçısı Pərviz Həbibi işsizliyin aradan qaldırılması üçün cari ildə bu şəhərə verilməsi nəzərdə tutulan 30 milyard tümənin yalnız 800 milyon tüməninin ödənildiyini. bunun isə heç bir əhəmiyyət daşımadığını bildirib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar