SON XƏBƏRLƏR

İran polisi Marağada hicab qaydalarını pozan qadınları vəhşicəsinə döydü-VİDEO

2021.10.20, 07:36
İran polisi Marağada hicab qaydalarını pozan qadınları vəhşicəsinə döydü-VİDEO

Gunaz.tv

Sosial şəbəkədə zorakılıq faktını əks etdirən video yayılıb.

Məlumata görə, hadisə oktyabrın 1-də baş verib. Məmurlar qadınlara hücum edərək onları polis avtomobilinə mindirməyə çalışıblar.

Məmurların iradlarının yersiz olduğunu bildirən marağalı qadınlar məmurlar tərəfindən təhqir edilib və zorakılığa məruz qalıblar.

İstifadəçilər qadınların döyülməsində xüsusi qəddarlığı ilə seçilən şəxsin “Hidayəti” adında şəxs olduğunu yazır, onun bundan öncədə etdiyi oxşar hərəkətlərə görə Marağada tanındığını qeyd edirlər.

Bir müddət bundan öncə isə Qərbi Azərbaycan əyalətinin Urmu şəhərində iki gənc hicabsızlığa görə qız İranın yarım hərbi “Bəsic” qüvvələrinin üzvlərindən birinin hücumuna məruz qalmışdı.

“Bəsic” üzvü idarə etdiyi şəxsi minik avtomobilini gənclərin üstünə sürərək onların ikisinədə xəsarət yetirmişdi. Hücum nəticəsində qızlardan biri ağır bədən xəsarətləri ilə Urmu xəstəxanasına yerləşdirilmişdir.

C.E    


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar