Qarabağda ixtisaslı Türkiyə universitetləri açıla bilər

03.02.2023, 14:59

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması böyük önəm daşıyır.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən bildirib. Təhsil sahəsində əməkdaşlıqda böyük nəailiyyətlərin əldə olunduğunu qeyd edən dövlət başçısı Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını deyib. 

Qarabağ işğaldan azad olunduqdan sonra universitetlərin filiallarının açılması və ya Bakıdakı ali təhsil müəssisələrinin oraya köçürülməsi də müzakirə olunurdu. Bu barədə çoxsaylı təkliflər mediada səsləndirilirdi. 

Təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi var: 

"Azərbaycanla birgə bir neçə xarici ali təhsil müəssisəsi fəaliyyət göstərir. Böyük Britaniya, Fransa, Cənubi Koreyanın universitetləri ilə əməkdaşlığımız mövcuddur. 

Azərbaycanda Moskva Dövət Universitetinin filialı var. Bu, vacib məqamdır. Xarici ölkələrin universitetləri birmənalı şəkildə ölkədə rəqabət mühitini formalaşdırır. Azərbayacanda Türkiyə universitetlərinə ehtiyac var. 

Hazırda ölkəmizdə özəl türk liseyləri fəaliyyət göstərir. Qarabağla bağlı məsələ isə tamamilə fərqlidir. İşğaldan azad edilən torpaqlarımızda infrastruktur bərpa edilir". 

Ekspert bildirib ki, Qarabağa köç məsələsində təhsil mütləqdir. Məskunlaşmanın ən ciddi mərhələsini bu ərazilərdə universitetlərin açılması zamanı görəcəyik: 

"Bu, həmişə belə olub. Hətta 70-ci illərdə Bakıda məskunlaşma zamanı ali təhsil müəssisələrinin fəaliyyətini də buna misal göstərə bilərik. Dövlət başçısının diqqəti ilə Qarabağda yeni infrastruktur qurulur, iş yerləri açılır. Bu, əhalinin geri qayıtmasına  təsir göstərəcək. Burada həmçinin ixtisas məsələləri də var. Qeyd etdiyim kimi, ərazi işğaldan yeni azad olunub. Ona görə mütləq şəkildə bir sıra ixtisaslı mütəxəssislərə ehtiyac var. 

Çox təəssüflər olsun ki, Sovet dövründə həmin ərazilərdə ixtisaslı kadrların çatışmazlığı var idi. Olan vəzifələr isə Sovet rəhbərliyinin səyi ilə daha çox ermənilərə həvalə edilmişdi. Hüquq-mühafizə orqanlarını, bir sıra strukturlar və s. buna misal göstərə bilərik". 

Kamran Əsədov bildirib ki, Türkiyə universitetlərinin bir sıra ixtisaslarının Azərbaycanda açılması ölkəmizə böyük töhfə verəcək:

"Qarabağda təhlükəsizliyin təmin olunması üçün Türkiyənin hərbi məktəblərinin, hüquq və eləcə də kənd təsərrüfatı üzrə ixtisaslı universitetlərin açılmasında maraqlı olmalıyıq. 

Türkiyədə şəhərsalma və arxitektura sahəsi inkişaf edib. Qarabağda infrastrukturun qurulması üçün kənd təsərrüfatı, meliorasiya ixtisaslarına da diqqət yetirməliyik. Hazırda Türkiyə universitetləri dünya reytinqindədir. İstər akademik heyət, istər tədqiqat baxımından belədir. 

Türkiyə əmək bazarının tələblərinə cavab verən kadrlar hazırlayır. Düşünürəm ki, Ağdamda, Laçında universitetlər açıla bilər. Şuşa Dövlət Universiteti mütləq şəkildə açılmalıdır". (cebhe.info)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Fransada iğtişaşlar zamanı azı 200 nəfər xəsarət alıb

2023-03-26

gun az article

Türkmənistanda parlament və yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb

2023-03-26

gun az article

Xankəndi-Laçın yolu: ekoaksiya 105 gündür ruh yüksəkliyi ilə davam edir

2023-03-26

gun az article

Prezident İlham Əliyev Şarl Mişeli Laçın yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb

2023-03-25

gun az article

Ordumuz təxribatların qarşısını almaq üçün hərəkətə keçdi

2023-03-25

gun az article

Separatçıların Füzuli istiqamətində səngər qazmasının qarşısı alındı

2023-03-25

gun az article

XİN Laçın yolu ilə bağlı bəyanat yaydı –"Sərhəd-keçid məntəqəsi yaradılmalıdır"

2023-03-25

gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25