"Qarabağ" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

06.07.2022, 09:00

"Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb. "Köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Polşa "Lex"inin qonağı olub. Poznan şəhərindəki eyniadlı stadionda oynanılan qarşılaşma meydan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Gunaz.tv Quote | Gunaz article

Görüşün startından etibarən topa nəzarəti ələ keçirən “köhlən atlar” rəqibi öz qapısına doğru sıxışdırmağa başlayıb. İlk təhlükəli epizodu da qonaqlar yaradıblar. Amma 18-ci dəqiqədə baxımlı hücumu məntiqi sonluqla başa çatdırmaq mümkün olmayıb. Riçard Almeydanın zərbəsi qapının üstündən keçib. 

Az sonra Abdullah Zubir bir rəqibini keçib "çərçivə"ni yoxlasa da, top Artur Rudkonun üstünə gedib. 

23-cü dəqiqədə oyunda maraqlı hadisə baş verib. Top “Qarabağ”ın futbolçularında olarkən meydana quş daxil olub. Bunu görən qapıçı Şahruddin Məhəmmədəliyev topu oyuna daxil etməyib. Təhlükəsizlik xidmətinin əməkdaşları quşu meydandan çıxardıqdan sonra görüş davam etdirilib. 

35-ci dəqiqədə Kadi Borgesin cərimə meydançasının kənarından zərbəsi təhlükəli alınsa da, top hədəfdən bir qədər yayınıb. 41-ci dəqiqədə isə hesab açılıb. Meydan sahiblərinin birinci hissədəki yeganə təhlükəli hücumu qolla nəticələnib. Mikael İshak sağ cinahdan iti ötürmə zamanı Maksim Medvedevin kobud səhvindən yararlanaraq, topu bir toxunuşla qapıdan keçirib. “Qarabağ” fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.

İkinci hissə də Azərbaycan çempionunun hücumları ilə başlayıb. 47-ci dəqiqədə İbrahima Vadjinin iti bucaq altından endirdiyi zərbəni Rudko zərərsizləşdirib. Poznan təmsilçisinin buna cavabı isə daha təhlükəli alınıb. Lakin İshak hava ilə ötürülən topa toxuna bilməyib. İsveçli hücumçu 60-cı dəqiqədə növbəti dəfə azarkeşləri həyəcanlandırıb. Bu dəfə isə ona Məhəmmədəliyev mane olub. 

62-ci dəqiqədə Qurbanov 3 əvəzetməyə əl atıb. 50 yaşlı mütəxəssis Almeydanı yeni transfer Marko Yankoviçlə, Leandro Andradeni Filip Ozobiçlə, Vadjini isə Ramil Şeydayevlə əvəzləyib. 67-ci dəqiqədə əvvəlcə qapıçı, ardınca isə Yankoviç “Qarabağ”ı 2-ci qoldan xilas edib. 

72-ci dəqiqədə Zubir hesabı bərabərləşdirə bilərdi. Lakin onun zərbəsini Rudko barmaqlarının ucu ilə dəf edib. Az sonra Şeydayev rəqib müdafiəçinin kobud səhvindən sonra fərqlənmək şansını boşa verib. Ayağı sürüşən hücumçu topa çata bilməyib. 82-ci dəqiqədə Ovusu Kvabena və Toral Bayramov meydana daxil olublar. 

Onlar müvafiq olaraq, Kadi Borges və Elvin Cəfərquliyevi əvəzləyiblər. Matçın sonlarında ilk hissədəki hadisə təkrarlanıb. Meydana daxil olan quşu bu dəfə rəqib qapıçı kənara çıxarıb. Son dəqiqələrdə Məhəmmədəliyev ayağından zədələnib. Lakin əvəzetmə limiti tükəndiyi üçün Azərbaycan millisinin qapıçısı oyunu axsayaraq bitirib.

Beləliklə, "Qarabağ" futbolçularının səylərinə baxmayaraq, hesabı bərabərləşdirmək mümkün olmayıb və Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk görüşdə Polşa çempionuna uduzub.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Uduzan komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Manatın dövriyyəyə buraxılmasından 30 il ötür

2022-08-15

gun az article

Prezident İlham Əliyev Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinini qəbul edib

2022-08-15

gun az article

Weiss: "Salman Rüşdiyə hücum edən şəxs SEPAH-ın Qüds Qüvvələri ilə birbaşa əlaqəli olub"

2022-08-15

gun az article

Dünya əhalisinin sayı 8 milyardı ötüb

2022-08-15

gun az article

İran Küveytlə münasibətləri yaxşılaşdırmağa çalışır

2022-08-15

gun az article

Blinken İranın Salman Rüşdiyə qarşı zorakılığa təhrikini pisləyib

2022-08-15

gun az article

İrəvan Metropoliteni işini dayandırıb

2022-08-14

gun az article

Ermənistanda ticarət mərkəzində partlayış zamanı 1 nəfər ölüb, 34 insan xəsarət alıb

2022-08-14

gun az article

Laçını tərk edən ermənilərdən növbəti barbarlıq - evləri yandırırlar

2022-08-14

gun az article

Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısına çıxarılıb

2022-08-14

gun az article

Türkiyə ordusu 7 il ərzində 35 mindən çox terrorçu zərərsizləşdirib

2022-08-14

gun az article

Makron Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları imzalayıb

2022-08-14

gun az article

Azərbaycan hərbçiləri "Qardaş Briqada" layihəsi çərçivəsində Türkiyədə təlimdə iştirak edib

2022-08-13

gun az article

Erməni silahlılarının kvadrakopteri Şuşada uçuşlar həyata keçirməyə cəhd göstərib-VİDEO

2022-08-13

gun az article

İranda onlarla bəhai gəncin Universitetdə oxumasına qadağa qoyuldu

2022-08-13

gun az article

Ərdoğanla Baydenin görüşü gözlənilir

2022-08-13

gun az article

İran hökuməti yeni əzadarlıq növləri icad edib-Kərbəlada ölənlərin dəfni simulasiya edilir-FOTO

2022-08-13

gun az article

Orduya Laçın dəhlizi ilə bağlı tapşırıqlar verildi

2022-08-13

gun az article

Salman Rüşdiyə qarşı terror böyük əks-səda doğurdu: Dünya liderləri İranın əməlini pislədi

2022-08-13

gun az article

Amerikanın keçmiş müdafiə naziri: "Hər hansı bir amerikalının İran tərəfindən terroru müharibə aktıdır"

2022-08-13