SON XƏBƏRLƏR

Araz Əzimov: "GUAM heç bir tərəfə meyllənməyəcək"

2021.10.20, 07:36
Araz Əzimov: "GUAM heç bir tərəfə meyllənməyəcək"

Gunaz.tv
Araz Əzimov: "GUAM heç bir tərəfə meyllənməyəcək" GUAM (tam adı: Demokratiya və İqtisadi inkişaf uğrunda - GUAM) dövlət başçılarının iyulun 1-2-də Tiflisdə keçiriləcək üçüncü sammitində üzv ölkələrin prezidentləri ilə yanaşı, bu qurumla tərəfdaşlıq edən Şərqi Avropa dövlətlərinin liderləri də müşahidəçi qismində iştirak edəcəklər. Bu barədə "Eksspres"ə xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. Cammitdə Tiflis bəyannaməsi və bir sıra digər sənədlərin qəbulu gözlənilir. Hazırda GUAM-ın gələcək ikiillik inkişaf strategiyası da daxil olmaqla, bir neçə sənəd üzərində iş aparılır: "Prezidentlərin bir sıra mühüm siyasi qərarlarla bağlı da bəyanat verəcəyi gözlənilir". Zirvə görüşündən bir gün öncə GUAM xarici işlər nazirlərinin yığıncağı keçiriləcək. Sammit çərçivəsində həmçinin GUAM-ABŞ görüşü nəzərdə tutulub. GUAM-ın tarixindən danışan XİN rəsmisi diqqəti buna yönəldib ki, vaxtı ilə bir neçə dövlətin ümumi iqtisadi maraqları üzərində yaranmış təşkilat indi əməkdaşlığın geniş formasını əhatə edir: "Bu illər ərzində keçilən yol göstərdi ki, GUAM düzgün yol seçib. Ötən ilki Bakı sammitinə beynəlxalq maraq da buna sübutdur. GUAM heç kimə qarşı deyil və heç bir tərəfə də meyllənməyəcək. Ortada sadəcə, üst-üstə düşən maraqlar var. Yzv ölkələrin müəyyən problemləri var və onları birlikdə həll etmək istəyirlər. Tək olanda bunların öhdəsindən gəlmək çətin olur". Növbəti sammitdə GUAM-ın "dondurulmuş münaqişələrlə" bağlı ötənilki təşəbbüslərinin davamı da müzakirə ediləcək. Bu mövzunun ümumilikdə prezidentlərin bəyannaməsində əksini tapacağı gözlənilir. Yeri gəlmişkən, Ukrayna prezidenti Viktor Yuşşenko GUAM ölkələrinin ərazilərində sülhməramlı əməliyyatların reallaşdırılmasında iştirak edə biləcək batalyonun yaradılması təşəbbüsünü Tiflisdə qaldırmaq istəyir. Məsələnin müzakirəsini mümkün sayan Əzimov eyni zamanda, diqqəti "mövcud imkanlara" yönəldib: "GUAM bu gün beynəlxalq münasibətlər sistemində söz hakimi olmasa da, onun mövqeyi əhəmiyyət daşıyır. Sülhməramlı qüvəyə gəlincə, onun mandatı, ən azı bu ərazilərdə yerləşdirilməsi ilə bağlı qərar başqa yerdə və ümumi müstəvidə, yəni BMT, ATƏT səviyyəsində çıxarılmalıdır". Dünən Yuşşenko habelə bəyan edib ki, GUAM fəaliyyətinin prioritet istiqamətləri "Odessa- Brodı-Plotsk-Qdansk" neft kəmərinin və Bakı-Tbilisi-Poti-Kerç bərə keçidi dəmiryolunun tikilməsidir. Kiyev bu təşkilat çərçivəsində aviasiya sənayesində əməkdaşlığı və dörd ölkə tərəfindən azad ticarət zonası rejiminin qəbul edilməsinin də perspektivli hesab edir. Ə.Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar