SON XƏBƏRLƏR

Qardaş ölkədə bayram: Şimali Kipr Türk Respublikasının yarandığı gündür

2021.11.15, 12:09
Qardaş ölkədə bayram: Şimali Kipr Türk Respublikasının yarandığı gündür

Gunaz.tv

Kipr adası dünyanın tanınmış turizm məkanıdır, o cümlədən Şimali Kiprdə turizm infrastrukturu geniş inkişaf edib. 

Ərazi  3300 km olan ŞKTR-nın paytaxtı rəsmən Nikosiya hesab edilir.

Ancaq faktiki paytaxtı Lefkoşadır. Dövlət dili türk dili olan Şimali Kipr  müsəlman ölkəsidir. Şimalda Dipkarpaz, qərbdə Gözəlyurd, cənubda Akınçılara doğru ŞKTR torpaqları yayılır.

Şimali Kipr Türk Respublikası ilə adanın yunan hissəsi arasında Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin yerləşdirildiyi bufer zonası – "Yaşıl xətt" vardır. Cənubda Kipr Respublikası ilə həmsərhəddir.


XX əsrdə Kiprdə vəziyyət daha qaynar və maraqlı olub. Belə ki, 1974-cü ildə başladılan Kipr Hərəkatının nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 15 Noyabr 1983-cü ildə isə Şimali Kipr Türk Cümhuriyyəti öz müstəqilliyini bəyan edib.

Şimali Kipr Türk Cümhuriyyəti rəsmi adı ilə təkcə Türkiyə tərəfindən tanınıb. İlk illər Pakistan və Banqladeş Şimali Kipri tanısalar da, daha sonradan beynəlxalq təzyiqlər altında bu fikirdən geri çəkiliblər. 

Rəsmi olaraq müstəqilliyini tanımasalar da, dünyanın bir çox dövləti ŞKTC ilə münasibətlər qurmaqdadır. 

Hal-hazırda Şimali Kiprdə Türkiyə səfirliyi, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ təmsilçilikləri, Fransa Mədəniyyət Dərnəyi və Avropa Birliyinin dəstək ofisi fəaliyyət göstərir.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar