SON XƏBƏRLƏR

Çaroymaq kəndlərində internet xidməti bərbad vəziyyətdədir

2022.04.25, 12:33
Çaroymaq kəndlərində internet xidməti bərbad vəziyyətdədir

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Çaroymaq şəhərinin fərmandarı Yasın Təvəkküli mediaya verdiyi açıqlamada bölgə kəndlərinin 70%-da internet və telefon xidmətinin olmadığını açıqlayıb.

O, problemin müzakirəsinə həsr olunmuş toplantıda deyib ki, internet xidmətinin olmaması bölgə əhalisinin problemlərinin çoxalmasına, onlayn təhsil alan şagirdlərin dərsdən geri qalmasına əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.

Bölgənin əyalətin geri qalmış yerlərindən biri olduğunu deyən fərmandar internet və kommunikasiya xidmətlərinin həll olunması üçün yetərli tədbirlərin həyata keçirilmədiyin vurğulayıb. 

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar