SON XƏBƏRLƏR

"Fars" xəbər agentliyi Azərbaycanın Ermənistan mövqelərini atəşə tutduğunu iddia edib

2022.09.13, 06:54
"Fars" xəbər agentliyi Azərbaycanın Ermənistan mövqelərini atəşə tutduğunu iddia edib

Gunaz.tv

İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Fars" xəbər agentliyi iki tərəf arasında şiddətli atışma barədə məlumat yayıb.

Agentlik məsələ xarici mediaya istinadən Azərbaycan Respublikasının ordu hissələrinin artilleriya və pilotsuz uçuş aparatlarından istifadə etməklə Ermənistana atəş açdığını yazıb.

"Bu hücumlar Ermənistan ərazisində və mübahisəli Dağlıq Qarabağ bölgəsindən kənarda baş verib. Bu hərəkətlər Bakının böyük gərginlik yaratmasıdır"-deyə, "Fars" kanadalı jurnalist Nil Haviyerin məlumatına əsaslandığını dediyi məlumatda bildirib.

Xəbər agentliyi bundan öncə də olduğu kimi məsələ ilə bağlı yaydığı məlumatın bir hissəsində Azərbaycan adını təhrif edərək Azərbaycan tərəfinin mövqeyini "Bakı Müdafiə Nazirliyinin verdiyi məlumat" kimi qeyd edib.

Xəbərdə Ermənistan tərəfinin verdiyi məlumatı yayılıb və İrəvanın Azərbaycana qarşı təxribat törətmədiyi, təhrik etmədiyi halda Azərbaycan ordusunun erməni mövqelərini atəşə tutduğu iddia edilib.

Bununla yanaşı "İRNA" xəbər agentliyi də oxşar məlumatları yayıb və Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi komitəsinə istinad edərək Azərbaycanın Ermənistanın sərhədyanı bölgələrini bobmaladığını yazıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar