SON XƏBƏRLƏR

Fars əyalətində iki etnik bəluç öldürülüb

2022.05.19, 07:27
Fars əyalətində iki etnik bəluç öldürülüb

Gunaz.tv

Öldürülənlərin 37 yaşlı Nəvvab Sebəxş və 30 yaşlı Abdullah Sebəxş qardaşları olduqları qeyd olunub.

Məlumatda hökumət məmurlarının öncədən əməliyyata hazır olduqları, qardaşların tutulmasına çalışdıqları zaman şiddətli atışma olduğu bildirilib. 

Fars əyalətinin polis rəisi Rəhambəxş Həbibi isə məsələ ilə bağlı verdiyi açıqlamada öldürülən şəxslərin narkotik qaçaqmalçısı olduqları, onların idarə etdiyi avtomobildən 23 kq narkotik maddə və bir odlu silahın götürüldüyünü deyib.

Onun sözlərinə görə atışma zamanı axtarışda olan şəxslərdən biri qaçmağa nail olub. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar