SON XƏBƏRLƏR

Parsabadda yol qəzası ağır baş verib-Ölən və yaralananlar var

2022.04.23, 10:50
Parsabadda yol qəzası ağır baş verib-Ölən və yaralananlar var

Gunaz.tv

Məhəmmədəli Hadi mediaya verdiyi açıqlamada hadisənin bu gün səhər saatlarında Parsabad-Quşlu yolunun 9 kilometrliyində baş verdiyini deyib.

Onun sözlərinə görə, 2 minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb, 3 nəfər isə ağır yaralı vəziyyətdə xəstəxanaya köçürülüb.

Bundan bir müddət öncə Ərdəbil əyalətinin Yol Polisi İdarəsinin rəisi Seyid Höccət Fəttahi əyalətin xüsusilə şimal yollarının yaşının ən azı 50 il olduğunu deyib.

“Yolların çoxu 50 il bundan öncə salınıb və 7 metr enində, təhlükəli olduqları üçün üçün ən xırda yanlışlıq ağır qəzalara və insan ölümlərinə səbəb olur”-deyə, Fəttahi əyalətin yollarının çoxunluğunun qeyri-standart olduğunu söyləyib.

Qeyd edək ki, Ərdəbil əyalətində baş verən yol və avtomobil qəzalarında ölüm hallarının 70 faizdən çoxu adı çəkilən yolda qeydə alınır.

Bu səbəbdən bu yol əhali arasında “ölüm yolu” adlandırılıb.  

Neçə illər öncədən yolun genişləndirilməsi və standartlara uyğunlaşdırılması ilə bağlı başlayan tikinti layihəsi hökumətin büdcə ayıtmaması səbəbindən dayandırılıb.

Timor
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar