SON XƏBƏRLƏR

“Yasir əl-Həbib Qasım Süleymaninin adamlarındandır”-Əhməd Obalı-VİDEO

2022.08.06, 16:28
“Yasir əl-Həbib Qasım Süleymaninin adamlarındandır”-Əhməd Obalı-VİDEO

Gunaz.tv

Əhməd Obalı bildirib ki, son olay təsadüfən baş verməyib:

“Son aylarda Azərbaycanı anti-şiə, anti-silam ölkə kimi göstərən təbliğat aparılırdı. “Hizbullah”ın və İranın özünün ərəbdilli kanallarında bu cür təbliğat gedirdi. Deyilirdi ki, Azərbaycanda şiə liderləri həbsdədir, Azərbaycan dövləti guya əzadarlıq mərasimlərinə icazə vermir. 

Halbuki bunun əksinədir. Azərbaycanda əhalinin yarıdan çoxu şiədir. Azərbaycan dövləti məscidlər tikir, məscidlərdə hər il əzadarlıq məclisləri keçirilir. Bütün təbliğatın gec-tez bir nəticəsi olmalıdır. 

Azərbaycanın əleyhinə ədalətsiz məlumatlar yayan İran bu nəticəni gözləyirdi. Azərbaycan əleyhinə bu zərərli təbliğat 5-6 ay öncə başlamışdı”.

Qeyd edək ki, avqustun 4-də bir qrup radikal dini dəstə Azərbaycanın Londondakı səfirliyinə hücum edib. Londonun “Metro” nəşrinə istinadən xəbər verilir ki, Azərbaycanın Britaniyadakı səfirliyini ələ keçirənlər “The Mahdi Servants Union” adlı radikal dini qruplaşmanın üzvləri olub. 

Qruplaşma üzvləri Azərbaycanın Kensinqtondakı səfirliyinin eyvanından öz bayraqlarını dalğalandırıb, divara ərəbcə şüarlar vurub və Azərbaycan bayrağını endiriblər”.

Qeyd edək ki, qruplaşmanın lideri Yasir əl-Həbibdir. 

Video müsahibəni sizə təqdim edirik:

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar