SON XƏBƏRLƏR

“Müasir İnkişaf” İctimai Birliyi layihənin icrasını sonlandırdı

2022.05.05, 13:41
“Müasir İnkişaf” İctimai Birliyi layihənin icrasını sonlandırdı

Gunaz.tv

Layihənin icrası zamanı maarifləndirici buklet və 48 səhifəlik “Oxu mədəniyyət keçmişdən bugünə” adlı kitabça çap edilib paylanıldı.

Layihənin məqsədi cəmiyyətdə, xüsusən gənclərdə oxu mədəniyyətinə, kitaba, mütaliəyə olan marağı artırmaq idi.

Bunun üçün Bakı şəhərində - AMEA-da və ADPU-da, Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində, Tovuz Peşə Liseyində, Şamaxı Mədəniyyət Mərkəzində maarifləndirici tədbirlər keçirildi, faydalı müzakirələr aparıldı.

Bunlarla yanaşı Yeni Media internet TV-də alimlərin, bu sahə üzrə mütəxəssislərin iştirakı ilə dörd verliş hazırlanıb yayımlandı. 

Layihənin icrası bir daha cəmiyyətdə oxuya, mütaliəyə, kitaba, kitabxanaya olan diqqəti artırdı, insanların bu məsələyə olan marağını yeniləmiş oldu. 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar