SON XƏBƏRLƏR

AŞPA Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxmasını tövsiyə edib

2021.10.20, 07:36
AŞPA Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxmasını tövsiyə edib

Gunaz.tv
AŞPA Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxmasını tövsiyə edib 20080530094152_1.jpg Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qəbul olunmuş qətnamə layihəsində Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxması tövsiyə olunub. Bununla da qurum ilk dəfə Qarabağ münaqişəsi ilə bağlı belə sərt müddəa qəbul edib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyevanın sözlərinə görə, burada Avropa Şurasının daha öncə qəbul etdiyi sənədlərlə yanaşı azərbaycan diplomatiyası, xarici siyasəti üçün çox mühüm olan bir sənədə ehtiyac var: «BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair qətnaməyə istinad var və həmin qətnaməyə istinadən bildirilir ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələri üzərində suveren hüquqları bərpa edilməlidir, ərazi bütövlüyü bərpa olunmalıdır. Erməni silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən çıxmalıdırlar. Dağlıq Qarbağda etnik təmizləmənin nəticələri aradan qaldırılmalıdır və separatçı rejimin yaratdığı de fakto vəziyyət heç bir halda qəbul oluna bilməz». ANS PRESS 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar