SON XƏBƏRLƏR

Atambayevin iqamətgahına xüsusi əməliyyat olub - 1 ölü, 52 yaralı var

2021.10.20, 07:36
Atambayevin iqamətgahına xüsusi əməliyyat olub - 1 ölü, 52 yaralı var

Gunaz.tv

GünAz TV: Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı yaranmış qarşıdurmada 52 nəfər xəsarət alıb.

 

Trend-in məlumatına görə, faktı Qırğızıstan Səhiyyə Nazirliyi təsdiq edib.

 

Məlumata görə, xəstəxanaya 52 nəfər müraciət edib. Onlardan 20 nəfər xəstəxanada, daha 11 nəfər güc strukturlarının tibb müəssisələrində müalicə olunur.

 

Qeyd edək ki, daha bir nəfər xüsusi təyinatlının isə həlak olduğu qeyd edilir.

 

Bu arada A.Atambayev iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı tərəfdarlarının girov götürdüyü şəxsləri azad edəcəklərini bildirib.

Keçmiş prezident artıq onların bəzilərinin azad edildiyini də qeyd edib.

 

Almazbek Atambayev

 

A.Atambayev deyib: "Onlar da kiminsə övladlarıdır, biz başa düşürük. Biz onları mütləq buraxacağıq. Əksəriyyətini artıq dünən sərbəst buraxmışıq".

 

A.Atambayev, həmçinin xüsusi təyinatlılara şəxsən atəş açdığını və tərəfdarlarında silah olmadığını bildirib: “Mənim ətrafımdakı insanların silahı yox idi, ona görə də şəxsən özüm atəş açmalı oldum”.

A.Atambayev insanları hədəf almadığını deyib və saxlanan xüsusi əməliyyatçıların azad olumasında kömək göstərməyə hazır olduğunu vurğulayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar