SON XƏBƏRLƏR

Savədə azərbaycanlı media fəalı həbs edilib

2022.08.22, 07:40
Savədə azərbaycanlı media fəalı həbs edilib

Gunaz.tv

O, sosial mediada "yalan məlumatlar yaydığı" və "müqəddəsləri təhqir etdiyi" üçün bir nəfərin saxlanıldığını deyib.

Polis rəisi saxlanılanın kimliyi barədə məlumat verməyib. Lakin onun barəsində cinayət işinin açıldığını bildirib.

Qeyd edək ki, İran rəhbəri Əli Xameneyi bir müddət öncə ədliyyə sisteminin işçiləri ilə görüşərək kiber məkanda daha sərt məhdudiyyətlərin tətbiq edilməsini tələb edib.

Əli Xameneyi iyunun 28-də məhkəmə sistemi işçiləri ilə görüşündə bir daha kiberməkana qarşı sərt tədbirlərin görülməsinə və bu sahədə yeni qanunların qəbuluna çağırıb.

Xameneyinin çıxışından sonra sosial media fəallarına qarşı basqılar daha da güclənib və onlarla fəal kiberməkanda etdikləri paylaşımlara görə həbs ediliblər.

Sosial media fəallarına təzyiqlərin çoxalmasından, internetə nəzarət barədə təkliflərin irəli sürülməsindən sonra BMT və Avropa Birliyi bəyanat yayaraq internetin məhdudlaşdırılmasının insanların həyatı, demokratiya və insan haqları üçün dəhşətli nəticələrə səbəb olduğunu bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar