SON XƏBƏRLƏR

AZƏRBAYCAN BİZNESİNİN AVROPA POTENSİALI» BEYNƏLXALQ KONFRANSI KEÇİRİLƏCƏK

2021.10.20, 07:36
AZƏRBAYCAN BİZNESİNİN AVROPA POTENSİALI» BEYNƏLXALQ KONFRANSI KEÇİRİLƏCƏK

Gunaz.tv
AZƏRBAYCAN BİZNESİNİN AVROPA POTENSİALI» BEYNƏLXALQ KONFRANSI KEÇİRİLƏCƏK bizness.gif Bu gün Bakıda «Azərbaycan biznesinin Avropa potensialı» mövzusunda ikigünlük beynəlxalq konfrans keçiriləcək. Avropanın 7 ölkəsinin biznes dairələrinin təmsilçilərinin iştirak edəcəyi tədbirdə müxtəlif təlimatlar təşkil olunacaq. Bu təlimatlar Avropada qeydiyyat və vergi məsələlərini əhatə edir. Konfransda azərbaycanlı iş adamlarının Avropaya çıxışı ilə bağlı müzakirələr aparılacaq. /İctimai TV/ ---------------------------------------------------------------------------- AZƏRBAYCAN VƏ İNDONEZİYA ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA 2 SAZİŞ İMZALANIB xarici_ishler.jpg Bu gün İndoneziyanin Xarici İşlər naziri Həsən Virayudanın Azərbaycana rəsmi səfəri başlayıb. Bir qədər əvvəl İndoneziyanın Xarici İşlər nazirinin Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü keçirilib. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, iki ölkə arasında siyasi, iqtisadi, humanitar, təhsil və mədəni sahədə əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Danışıqların yekunu olaraq «Azərbaycan və İndoneziya hökumətləri arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin vizadan azad olmaları, eləcə də «iki ölkə arasında iqtisadi və texniki əməkdaşlıq haqqında» sazişlər imzalanıb. İndoneziyanın Xarici İşlər naziri bildirib ki, hər iki ölkə bir çox beynəlxalq təşkilatlar, eləcə də BMT və İslam Konfransı Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. Qonaq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin İndoneziya üçün də prinsipial məsələ olduğunu qeyd edib. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar