SON XƏBƏRLƏR

Azərbaycan Myanmaya yardım göstərilməsi barədə qərar qəbul edib

2021.10.20, 07:36
Azərbaycan Myanmaya yardım göstərilməsi barədə qərar qəbul edib

Gunaz.tv
Azərbaycan Myanmaya yardım göstərilməsi barədə qərar qəbul edib Bu məqsədlə Ehtiyat Fondundan 500 min ABŞ dolları məbləğində vəsait ayrılıb Azərbaycan hökuməti baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Myanma İttifaqının hökumətinə yardım göstərilməsi barədə qərar qəbul edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. nazirlar_kabineti.jpg Nazirlər Kabinetinin qərarına əsasən, bu məqsədlə Azərbaycan Xarici İşlər Nazirliyinə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 500 min ABŞ dolları məbləğində vəsait ayrılıb. Vəsait Xarici İşlər Nazirliyinin xətti ilə təyinatı üzrə Myanma İttifaqının rəsmi orqanlarına çatdırılacaq. anspress ------------------------------------------------------------------------- Çində 7.8 bal gücündə zəlzələ baş verib cin-zelzele_0000000.jpg Dağıntılar və ölənlər barədə hələlik heç bir məlumat verilməsə də, bütün ofislərdə işlər dayandırılıb Bu gün Çinin Siçuan əyalətində 7.8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların epitsentrinin əyalətin adminstrativ mərkəzi olan Çendu şəhərindən 93 km aralıda yerləşdiyi və titrəmələrin 30 saniyədən artıq davam etdiyi bildirilir. Yeraltı təkanlar Pekində də hiss edilib. Dağıntılar və ölənlər barədə hələlik heç bir məlumat verilməsə də, bütün ofislərdə işlər dayandırılıb. Buna səbəb, yeraltı təkanların yenidən təkrarlana bilməsi ehtimalıdır./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar