SON XƏBƏRLƏR

“Azərbaycan yatmayıb, kimliyini atmayıb”- Həsən Raşidi

2021.10.20, 07:36
“Azərbaycan yatmayıb, kimliyini atmayıb”- Həsən Raşidi

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəal Həsən Raşidi İranda baş verən son hadisələr və Güney Azərbaycan Milli Hərəkatının ona  münasibəti haqda açıqlama yayıb.

 

Açıqlamada bildirilir:

“Azərbaycan və İranın bütün şəhər və bölgələrində yaşayan hörmətli türk bacı qardaşlar;

 

Bu günlərdə İranın bir çox şəhərində etiraz aksiyaları keçirilir. Şübhəsiz ki, bu etirazlar çoxlu çatışmamazlıqlar, sıxıntılar və təzyiqlərdən dolayı meydana gəlib. Lakin bu etirazlarda Milli Hərəkatımız, haqlı tələblərimiz və insani meyarlara zidd olan bəzi şüarlar səsləndirilir. “Rza şah ruhun şad olsun”, “İranın şahı yoxdur, hesab kitabı da yoxdur” və “Biz ariyayiyik (ari irqi), ərəbləri istəmirik” kimi şüarlar bizim şüar və istəklərimiz ola bilməz.

 

Azərbaycanlılar qorxudan etirazlara qatılmadılar deyənlərə isə səslənirik: “Bəzi vaxtlar biz müəyyən zamana qədər sükut edə bilərik. Lakin əgər başa düşsəniz bunun çox dərin mənası var.”

 

Biz belə sözlərə qarşı “Urmu, Zəncan, Astara – Qorxu hara biz hara!”, “Haray Haray mən türkəm – Qorxu bilməzdir ölkəm”, “Öz dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Urmu gölümüz ölməz – Ölkəmi düşmən bölməz”, “Əl-ələ ver qardaşım – Dil bir olaq dildaşım” və milli mənafeyimiz, həmçinin insan haqları uğrunda digər şüarlar səsləndirməliyik.

 

Rzaxan İranda hərbi çevriliş yolu ilə hökuməti ələ keçirdikdən sonra, xüsusi ilə də onun oğlu Məhəmmədrza Pəhləvinin yürütdüyü panfarsizm, anti-türk və qeyri-insani ideologiya bu gün də davam edir. Bunun nəticəsində hətta idman meydanlarında belə türk olduğumuza görə təhqiramiz irqçi şüarlarla üzləşirik. Konstitusiyanın 15-ci maddəsi (ana dilinin tədrisi ilə bağlıdır) 39 il inqilabdan keçməsinə baxmayaraq hələ də icra olunub məktəblərə yol tapmayıb. Urmu gölümüz isə duz səhrasına çevrilməkdədir.

 

Bizim etirazlarımız yalnız milli mənafe, insan haqları və kimliyimizi qorumaq çərçivəsində olmalıdır.

 

Həsən Raşidi: 2018-ci il yanvarın 4-ü”

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar