SON XƏBƏRLƏR

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hüquqi əməkdaşlıq genişlənir

2021.10.20, 07:36
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hüquqi əməkdaşlıq genişlənir

Gunaz.tv
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hüquqi əməkdaşlıq genişlənir Səudiyyə Ərəbistanı Krallığı Ədliyyə Nazirliyinin Məhkəmə İşləri Agentliyi rəisinin nazir müavini Abdulla bin Saleh əl-Hədisin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Ədliyyə Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, görüşdə iki ölkə arasında mülki və ticarət işləri üzrə məhkəmə və ədliyyə əməkdaşlığı haqqında dövlətlərarası müqavilə, habelə Ədliyə nazirlikləri arasında əməkdaşlıq haqqında saziş layihələri üzrə razılaşma protokolu imzalanıb. Qonaqlar səfər çərçivəsində ədliyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb. Ölkələr arasında imzalanması nəzərdə tutulan hüquqi yardım və əməkdaşlığa dair müqavilənin hər iki tərəf üçün faydalı olduğunu qeyd edən nazir razılaşdırmaya çıxarılan sənədlərin imzalanmasının ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıb. Nümayəndə heyəti Ali Məhkəmədə, Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində görüşlər keçiriblər. ------------------------------------------------------------------------- Dünya Bankı növbəti iki ildə Azərbaycana daha 1,2 mlrd. dollar ayıracaq Dünya Bankı (DB) Azərbaycan hökumətinə növbəti iki il üçün yeni və hazırda icra olunan layihələrin həyata keçirilməsinə 1,2 mlrd. ABŞ dolları ayıra bilər. Bu barədə DB-nın Bakı nümayəndəliyindən məlumat verilib. «Bu ilin iyun ayının 17-də keçiriləcək Dünya Bankı Direktorlar Şurasının iclasında Bankın Cənubi Qafqaz üzrə baş iqtisadçısı Kristian Pitersen tərəfindən hazırlanan Azərbaycanla tərəfdaşlıq hesabatına baxılacaq. Hesabat DB tərəfindən 2006-cı ildə qəbul olunub və 2007-2010-cu illəri əhatə edir. Hesabata Azərbaycan hökuməti üçün daha 1,2 mlrd. dollar həcmində vəsaitin ayrılması məsələsi daxil edilib. Strategiya və ilk 1,2 mlrd. dollar 4 il üçün nəzərdə tutulsa da, ölkədə həyata keçirilən layihələrin dəyəri sonradan artıb və strategiyanın icrasına növbəti iki ildə daha 1,2 mlrd. dolların ayrılması məsələsinə baxılacaq», - deyə nümayəndəlikdən bildirilib. Qeyd edək ki, strategiyanın icrası üçün nəzərdə ilkin büdcə vəsaitlərinin (1,2 mlrd. dollar) DB tərəfindən Azərbaycan hökumətinə bu ilin iyul ayının 1-dək ayrılacağı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar