SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Dr. Camal Musəvinəjad azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Dr. Camal Musəvinəjad azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Dr. Camal Musəvinəjad Sarab zindanından azadlığa buraxılıb.

 

O 1 illik həbs cəzasının təxminən 6 ayını çəkdikdən sonra fevralın 14-də sərbəst buraxılıb.

 

Fəal İranda həbs cəzası 1 ildən az olan məhkumlara tətbiq olunan əfv qərarına əsasən azad edilib.

 

Dr. Camal Musəvinəjad 2018-ci il avqustun 25-də təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerində yaxalanaraq 1 illik həbs cəzasını çəkmək üçün həbsxanaya intiqal edilmişdir.

 

Fəal ötən yayın əvvəllərində yaşadığı Sarab şəhərinin məhkəməsi tərəfindən “Sarablı” adlı Teleqram kanalındakı fəaliyyətinə görə “sistemin əleyhinə təbliğat aparmaq” kimi qondarma ittihamla üzləşərək 1 il həbs cəzasına məhkum edilib. Hökm Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılmışdır.

 

Adını çəkdiyimiz fəal 2012-ci ildə daha 4 sarablı fəalla birlikdə saxlanılaraq ağır işgəncələrə məruz qalıb. O həmin zaman qanunsuz qruplara üzv olmaq ittihamı ilə bir il həbs cəzası ilə üzləşib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar