SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Əzimi Qədim “Aqillik, Təhlil və Əməl” Teleqram Kanalı haqda bu sözləri dedi – SƏS FAYLI

2021.10.20, 07:36
Azərbaycanlı fəal Əzimi Qədim “Aqillik, Təhlil və Əməl” Teleqram Kanalı haqda bu sözləri dedi – SƏS FAYLI

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Əbduləziz Əzimi Qədim bir Səs faylı yayaraq “Aqillik, Təhlil və Əməl” Teleqram Kanalında yayılan mətləblər haqda danışıb.

 

Sosial şəbəkələrdə yayılan Səs Faylında Teleqram kanalının artıq azərbaycanlı fəalın kontrolunda olmadığı qeyd olunur.

 

“Bu kanal mən saxlanılanadək mənə aid olub, lakin ondan sonra Ettelaat əməkdaşlarının kontroluna keçib. Ona görə də, bu kanalda yayılan istənilən mətləb Ettelaat əməkdaşları tərəfindən qoyulur və mənlə heç bir əlaqəsi yoxdur”- deyə o bildirib.

 

Fəal əlavə edib ki, mən dəfələrlə Ettelaat İdarəsinə məktubla müraciət edərək kanalın mənə aid olduğunu demişəm, lakin onlar sözə məhəl qoymadan əmanətə xəyanət etməyə davam ediblər.

 

Fəal son günlərdə “Aqillik, Təhlil və Əməl” Teleqram Kanalında yeni bir mətləbin yayılmasını görüncə, məsələyə açıq şəkildə aydınlıq gətirməyə qərar verib.

 

Ə.Əzimi Qədim 2017-ci il yanvarın 7-də Tehranda yaxalanaraq Evin zindanına aparılıb. Naməlum səbəbdən yaxalanan fəal bir neçə ay müvəqqəti saxlandıqdan sonra 2017-ci il mayın 23-də 400 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Video:

https://www.youtube.com/watch?time_continue=26&v=rdnozoJJrbA

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar