SON XƏBƏRLƏR

Azərbaycanlı fəal İbrahim Nurinin dosyesinə baxılacağı gün məlum olub

2021.10.20, 07:36
Azərbaycanlı fəal İbrahim Nurinin dosyesinə baxılacağı gün məlum olub

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri dekabrın 9-da Evin İnqilab Məhkəməsinin 26-cı Şöbəsinə aparılaraq barəsində prokurorluğun məhkəməyə göndərdiyi təqdimat elan olunub.

 

Əldə etdiyimi informasiyaya görə, azərbaycanlı fəalın “sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunduğu məlum olub.

Həmçinin bildirilib ki, prokurorluğun fəalın əleyhinə irəli sürdüyü ittihama dekabrın 17-də baxılacaq. Məhkəmə iclasına hakim Əhmədzadə sərdlik edəcək.

 

Azərbaycanlı fəal hazırda Evin zindanının 7-ci korpusunda məhkum edildiyi 6 aylıq həbs cəzasını çəkməkdədir.

 

6 aylıq həbs cəzası 2016-cı ilin Rəməzan ayının son cümə günündə (İranda Qüds günü adlanır) keçirilən aksiyalarla bağlıdır. İbrahim Nuri aksiyada İranın dünya müsəlmanlarına fərqli münasibət bəslədiyinə etiraz edərək uyğur və Dağlıq Qarabağ müsəlmanlarına dəstək verdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O məhkəmədə “sistemə müxalif olan təşkilat və qrupların xeyirinə olaraq islam cümhuriyyətinə qarşı təbliğat aparmaq” ittihamı ilə mühakimə olunub və 6 ay həbs cəzasına məhkum edilib. Fəalın barəsində çıxarılan həbs hökmü sonralar Apelyasiyas Məhkəməsində olduğu kimi qüvvədə saxlanılıb.

 

Bundan əlavə, azərbaycanlı fəal 2015-ci il noyabrın 12-də məlum təhqiramiz “Fitilə” verilişinə etiraz etdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. O həmin dosye ilə əlaqədar Əhər İnqilab Məhkəməsinin 1-ci Şöbəsi tərəfindən “ölkənin təhlükəsizliyinə qarşı sözləşmə və toplaşma”da ittiham olunaraq 10 ay həbs cəzasına məhkum edilib. İbrahim Nuri və Əkbər Əbulzadənin hər birinin 10 ay, Hamid Allahverdipur, Süleyman Kazimi, Murtaza Şükri və İsrafil Fətullazadənin hər birinin 7 ay həbs cəzasına məhkum edildiyi hökm sonralar Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü Şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.

 

İbrahim Nuri həmin məhkəmə hökmü ilə əlaqədar noyabr ayında ölkənin Ali Məhkəməsinə müraciət edib, məktubun bir nüsxəsi isə İslam Şura Məclisinin 90-cı Maddəsi Komissiyasına göndərilib.

 

Beynəlxalq Əfv Təşkilatı İranda azərbaycanlı fəallara edilən təzyiqlərlə bağlı avqustun 11-də yaydığı geniş bəyanatda fəalların qanunsuz saxlanılması və işgəncə edildiyini pisləyərək İbrahim Nurinin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

 

Hüquq üzrə öyrənci olan İbrahim Nurinin 27 yaşı var. O uzun illərdir mədəni fəaliyyətlərlə məşğul olur, bu müddətdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 

 

 

  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar