SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Məhəmməd Xakpur Kəleybər Məhkəməsinə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Məhəmməd Xakpur Kəleybər Məhkəməsinə çağırılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Xakpur Kəleybər Məhkəməsinə çağırılıb.

 

Fəal dekabrın 22-də göndərilən çağırış vərəqəsinə əsasən 2019-cu il yanvarın 1-i Təbriz vaxtı ilə saat 8:30-da Kəleybər Ədliyyə İdarəsinin İnqilab Məhkəməsi Şöbəsinə müraciət etməlidir.

 

Çağırış vərəqəsində fəalın “bölücülük və millətçilik məzmununda mətn yayıb və onu GünAz TV-yə göndərməklə islam cümhuriyyətinə müxalif qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaqla bağlı raporta görə” məhkəməyə çağırıldığı qeyd olunub.

 

Bundan əvvəl Kəleybər Prokurorluğunun Məhkəmə Şöbəsinin yerinə Ərdəbil İnqilab Məhkəməsinin 1-ci Şöbəsi Məhəmməd Xakpuru çağıraraq ona üzləşdiyi  ittihamı elan edib, o bundan sonra maaş qəbzi və 30 milyon tümənlik vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Məhəmməd Xakpur iyulun 5-də Babək qalası mərasimi zamanı yaxalanaraq Əhər şəhərinin təcridxanasına aparılıb, o 3 gün saxlandıqdan sonra sərbəst buraxılıb. Fəal saxlandığı müddətdə onunla birlikdə yaxalanan digər fəallar kimi təhlükəsizlik qüvvələri tərəfindən döyülərək işgəncələrə məruz qalıb.

 

Məhəmməd xakpur bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

İyul ayında keçirilən məşhur Babək qalası mərasimi ilə əlaqədar qala ilə yanaşı Güney Azərbaycanın müxtəlif şəhərlərində onlarla milli-mədəni fəal saxlanmışdır.

 

Beynəlxalq Əfv Təşkilatı avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb edib. Bəyanatda sözügedən mərasimlərdə 120 fəalın saxlandığı bildirilib.

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar