SON XƏBƏRLƏR

Azərbaycanlı güləşçi çempion olduqdan sonra “Traxtur” şalını nümayiş etdirib

2021.10.20, 07:36
Azərbaycanlı güləşçi çempion olduqdan sonra “Traxtur” şalını nümayiş etdirib

Gunaz.tv

GünAz TV: Azərbaycan Respublikası milli komandasının üzvü, urmiyəli güləşçi Oyan Nəzəriani çempion olduqdan sonra “Traxtur” bayrağını nümayiş etdirib.

 

Məşhur idmançı Bakı İdman Sarayında keçirilən böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatının birinci günündə mübarizə aparıb və final mərhələsinə vəsiqə qazanıb.

 

Oyan Nəzəriani qızıl medalı təqdim olunarkən Güney Azərbaycanın “Traxtur” futbol komandasının şalını nümayiş etdirib.

 

Urmiyəli güləşçi digər güneyli idmançılar kimi, İranda bir çox ayrı-seçkiliklərə məruz qaldıqdan sonra Azərbaycan Respublikasına gedib və orada peşəkar idman fəaliyyətini davam etdirib. O yunan-Roma güləşi üzrə 130 kq çəki dərəcəsində güləşir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar