SON XƏBƏRLƏR

BMT baş katibinin müavini İranın nüvə proqramı ilə bağlı narahatlığını bildirib

2022.07.02, 08:51
BMT baş katibinin müavini İranın nüvə proqramı ilə bağlı narahatlığını bildirib

Gunaz.tv

Birləşmiş Millətlər Təşkilatının Baş katibinin Siyasi və Sülh Məsələləri üzrə müavini İranın nüvə danışıqları öhdəliklərindən yayınması, Beynəlxalq Atom Enerjisi Agentliyinnin İranın nüvə fəaliyyətləri və ölkənin uran ehtiyatları ilə bağlı təftişlərinə məhdudiyyətlər qoymasından narahatlığını ifadə edib.

Birləşmiş Millətlər Təşkilatının müavini Rozmari DiKarlo BMT-nin mətbuat konfransında bəyan edib ki, nüvə razılaşmasının əldə edilməsi siyasi qərar, nüvə danışıqlarının yenidən başlaması isə daha çox səy və səbir tələb edir.

Xanım Rozmari daha sonra İranın uran ehtiyatlarının nüvə razılaşmasında müəyyən edilmiş həddən 15 dəfə, xüsusilə də konsentrasiya səviyyəsi 20 və 60 faiz olan uran ehtiyatlarının mövcudluğundan həddən artıq narahat olduğunu deyib.

O, Beynəlxalq Atom Enerjisi Agentliyinin elanına əsasən bildirib ki, təşkilatın İranın nüvə öhdəliklərinə əməl etməməsi və agentliyin kamera məlumatlarına daxil olmasına icazə verməməsi səbəbindən İranın nüvə proqramının yoxlanılması və monitorinqi zamanı beynəlxalq təşkilatın fəaliyyəti ciddi şəkildə təsirə məruz qalıb.

Xanım Dikarlo daha sonra bildirib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı 2020-ci ildən bəri husilər tərəfindən atılan doqquz ballistik raketin, altı qanadlı raketin və bir neçə pilotsuz təyyarənin qalıqlarını qiymətləndirib.

"Sübutlar göstərir ki, bu silahların dizayn xüsusiyyətləri və hissələri əvvəllər istifadə edilmiş İran mənşəli silahlarla eynidir"-deyə, o hüsilərin istifadə etdiyi silahların İrana məxsus olması ehtimalının yüksək olduğunu bildirib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar