SON XƏBƏRLƏR

Bahalığa qarşı keçirilən etirazlar zamanı saxlanılan güney azərbaycanlı fəallar barəsində son məlumat

2021.10.20, 07:36
Bahalığa qarşı keçirilən etirazlar zamanı saxlanılan güney azərbaycanlı fəallar barəsində son məlumat

Gunaz.tv

GünAz TV: 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etirazlarla bağlı çox sayda güney azərbaycanlı milli-mədəni fəal saxlanılıb.

 

Şahin Bərzgər ailəsi ilə telefon əlaqəsi saxlayaraq fevralın 1 və 2-də iki günlük quru aclıq aksiyası keçirdiyini bəyan edib. Ettelaat İdarəsinin təknəfərlik kameralarında saxlandıqlarına etiraz olaraq aclıq etdiyini deyən fəal aksiyanın ikinci günündə halı pisləşərək huşunu itirdiyini bildirib. Həmin gün Ettelaat məsulları fəalların zindana köçürüləcəyi barədə vəd veriblər. Bu hadisədən bir gün sonra azərbaycanlı fəallar Ettelaat İdarəsindən Təbrizin Mərkəzi Zindanına aparılıb.

 

Şahin Bərzgər digər fəallar barəsində də məlumat verib. Onun sözlərinə görə, Məhəmməd Mahmudi və Səccad Şəhiri ayrı bölümdə, Əkbər Mühaciri, Şahin Bərzgər, Davud Şiri, Əyyub Şiri və Babək Hüseyni Müqəddəm isə eyni korpusda saxlanılır.

 

Şahin Bərzgər dosyelərinin Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinə göndərildiyini bildirib. Onun sözlərinə görə, fəallar barəsində mülki vəsiqə qərarı çıxarılıb, lakin hələlik sözügedən məhkəmə şöbəsi onların sərbəst buraxılmasına icazə vermir.

 

Digər fəallar ailə üzvləri ilə telefon əlaqəsi saxlayaraq dindirilmə zamanı onlara qəribə sözlər deyildiyini bildiriblər. Fəallara deyilib ki, siz noyabr etirazları bəhanəsi ilə saxlanılıbsınız. Lakin artıq saxlandığınız üçün, sizin barənizdə hansısa hökm çıxarılmalıdır ki, evə əliboş getməyəsniz.

 

Qeyd edək ki, adı çəkilən fəallar 2019-cu il noyabr etirazları zamanı Təbrizdə saxlanılıb. Onlar Ettelaat İdarəsinin təknəfərlik kameralarında təxminən 3 ay işgəncələr altında saxlandıqdan sonra fevralın 3-də Təbriz zindanına köçürülüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar