SON XƏBƏRLƏR

Baş nazir Ərdoğan üçün 152 səhifəlik müdafiə sənədi hazırlandı

2021.10.20, 07:36
Baş nazir Ərdoğan üçün 152 səhifəlik müdafiə sənədi hazırlandı

Gunaz.tv
397.jpg “BU, BİR GOOGLE MƏHKƏMƏSİDİR” Baş nazir Ərdoğan üçün 152 səhifəlik müdafiə sənədi hazırlandı Məlum olduğu kimi, Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının(ƏİP) qapadılacağı ilə bağlı ölkənin baş prokuroru Konstitusiya Məhkəməsində iddia qaldırıb. Dünənsə partiyanın müdafiəçiləri məhkəməyə Rəcəb Tayyib Ərdoğan haqqındakı 61 iddiadan 60-nın düşüncə açıqlaması olduğunu ifadə edən sənəd təqdim edib. Sənəddə göstərilib ki, baş nazirin “dünən nəydimsə bu gün də oyam” açıqlamasının heç bir siyasi yönü yoxdur və o, bu sözlərlə şəxsi ailə yaşantısının dəyişmədiyini, keçmişdəki kimi olduğunu ifadə etməyə çalışıb. Bundan başqa, müdafiəçiləri Ərdoğanın “dindaram” açıqlamasının da konstitusiyaya və qanunlara zidd olmadığını vurğulayıb. Guya ki, baş nazirin “əcnəbi İzmir” ifadəsini işlətdiyinə də etiraz edilən bənddə isə göstərilib ki, əslində o, İzmirin solçuların qalası olması ilə bağlı deyilənləri rədd edərkən “İzmirin əsli bu yaraşdırmalar deyil” deyib. Bu isə yanlış anlaşıb. Diqqət çəkən bəndlərdən biri isə “mübarizəyə davam” adlanır. Göstərilir ki, partiya qurulduğu gündən bu yana qadına qarşı ayrı-seçkiliyə qarşı mübarizə aparıb və bərabərlik təmin olunana qədər də mübarizəsinə fasilə verməyəcək. Partiyanın məhkəməyə təqdim etdiyi 152 səhifəlik müdafiə sənədində həmçinin baş prokuror Yalçınqayanın Ərdoğanı “şəriətçi” kimi göstərmək istəməklə qeyri-obyektivliyə yol verdiyi göstərilib. Belə ki, müdafiəçilər baş prokurorun Ərdoğan barəsindəki dəlilləri məşhur axtarış saytı olan “Google”dən tapdığını vurğulayaraq, “əslində bu, bir google məhkəməsidir” deyib. Baş nazir köməkçisi Cəmil Çiçək isə partiyaya qarşı açılan məhkəmə iddiası ilə bağlı “biz bu məhkəmənin uzanmasını istəmirik” deyib. Onun sözlərinə görə, ilk dəfədir iqtidardakı bir partiyanın qapadılması ilə bağlı iddia qaldırılıb: “Biz hazırda bunun gətirdiyi bir çox problemləri yaşayırıq”. Bu arada partiyanın daxilində də müəyyən narahatçılıqlar yaşanır. Baş nazir Rəcəb Teyyub Ərdoğanın “Qatardan düşən bir daha minə bilməz” sözlərinin ardınca ANAP mənşəli 4 millət vəkili istefanın astanasına gəlib. Millət vəkillərinin istefasını yenə də ANAP mənşəli bir ƏİP-li millət vəkili alıb. Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı isə dünənki açıqlamasında Ərdoğan barədə sərt ifadələr işlədib. Onun sözlərinə görə, baş nazir və onun tərəfdarları şəxsi ehtiraslarını, millətə xidmət iddiası və ideoloji məqsədlərini örtmənin hiyləgərliyi ilə milləti aldadıb: “Artıq Türkiyə təkbaşına iqtidar iddiasındakı Ədalət və İnkişaf Partyianın rəhbərlik və idarəçiliyindən tamamən çıxıb, qaralayıcı kampaniya sahibləri ilə qaranlıq məqsədlər naminə Türkiyə gündəmini təşkil etməyə başlayıblar”. SEVİNC musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar