SON XƏBƏRLƏR

Başqa Rusiya: millətçilər birləşir

2021.10.20, 07:36
Başqa Rusiya: millətçilər birləşir

Gunaz.tv
Başqa Rusiya: millətçilər birləşir dazbashlar-10iyun.jpg Moskvanın "Kosmos" hotelində Rusiyanın aparıcı radikal-millətçi, şovinist və ksenofob təşkilatlarının rəhbərlərinin iştirakı ilə "Yeni siyasi millətçilik" konfransı keçirilib. Toplantının ən önəmli nəticəsi "Rusiya Milli Hərəkatı" adlı yeni təşkilatın yaradılmasıdır. Bu barədə bəyanatı "Qanunsuz Miqrasiyaya qarşı Hərəkat" (DPNİ), "Böyük Rusiya" Partiyası, "Xalq" Rusiya Azadlıq Hərəkatı və Rusiya İctimai Hərəkatı kimi marginal sturkturların liderləri imzalayıblar. "Bizim gücümüz, nüfuz və miqyasmızın genişlənməsi vacibdir. Bunun üçün birləşməli, səylərimizi bir mərkəzdən idarə etməliyik. İndiyədək qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyimizdən ümid edirəm ki, vahid orqanizmə dönəndən sonra böyük siyasi qüvvəyə çevriləcəyik. Rusiya ya millətçi olacaq, ya heç olmayacaq. Burada, bu zalda toplaşmış enerжi çox güclüdür. Əsas odur ki, enerжi düzgün istiqamətə yönəldilsin. Rusiyada millətçiliyin heç bir alternativi yoxdur: bütün başqa sistemləri çoxdan keçmişik", - Rusiyanın ən çoxsaylı və radikal millətçi hərəkatı olan "Qanunsuz Miqrasiyaya qarşı Hərəkat"ın lideri Aleksandr Belov (Potkin) çıxışında bildirib. "Xalq" hərəkatının həmsədri Aleksey Navalnı isə "Yeni Millətçilik"i insan hüquqlarının müdafiəsinə yönəlmiş struktur hesab edir. "Hüquq müdafiəçiləri bizim indi gördüyümüz və görməyə adət etdiyimiz insanlar deyil. Onlar o kəslərdir ki, insanların əksəriyyətinin hüquqlarını müdafiə edir. Həmin adamlar isə ilk növbədə millətçilərdir, - A.Navalnı söyləyib. - Birləşməli, seçkilərə çatmalı və qalib gəlməliyik. Millətçi təşkilatların Rusiyada çox böyük potensialı var. Ən azı ona görə ki, əhalinin 70%-i özünü kortəbii millətçi sayır. Onun dediyinə görə, millətçi təşkilatlar istənilən siyasi yöndəki qurumlar və strukturlarla əməkdaşlıq etməlidir. "Yeni Millətçilər" hərəkatının təşkilatçıları onu da bildiriblər ki, dörd qurumun koalisiyası Rusiyada millətçilərin əməkdaşlıq potensialının böyük olduğunu göstərir. "Biz yeni millətçi hərəkat forması yaradır və məqsədlərimiz üçün siyasi vasitələrlə mübarizə aparmaq niyyətində olduğumuzu bəyan edirik. Bütün millətçilərə müraciət edərək onları bizimlə birlikdə siyasi mübarizə aparmağa səsləyirik. Rus millətinin daha fəal qisminə, müstəqil və məsuliyyətli insanlara üz tutaraq ədalət və milli vəhdət uğrunda mübarizəmizi dəstəkləməyə çağırırıq", - konfransın yekun bəyannaməsində vurğulanır. "Qanunsuz Miqrasiyaya qarşı Hərəkat"ın (DPNİ) mətbuat xidmətinin əməkdaşı Pavel Yantev "Ekspress" əməkdaşına bildirdi ki, yeni millətçi təşkilatın yaranmasından Rusiyadakı miqrantlar və xarici ölkə vətəndaşları əsla narahat olmamalıdır. "Bizim səylərimiz və niyyətlərimiz, o cümlədən fəaliyyətimiz miqrantlara yox, Rusiyanın milli identikliyi, özünüdərki və milli ruhunu məhv etmək istəyən qüvvələr qarşı yönəlib. Rusiya böyükdür, burada hamıya yaşamağa və işləməyə yer var. Lakin miqrantlar "Tulaya öz samovarı ilə gedən dam" olmamalı, yaşadıqları yerə uyğunlaşmalı, yerli xalqın adət-ənənəsini və həyat prinsiplərini qəbul etməlidir. Belə olan halda miqrantlara kimsə bir söz demir və deməz də. Lakin miqrantlar, o cümlədən Azərbaycandan gələn bəzi cənablar burada öz adət-ənənələrini hər şeydən üstün tutmağa, rusların davranışlarına, tarixinə və ənənələrinə barmaqarası baxmağa başlayanda, təşəxxüslə davranıb özlərini hamıdan ağıllı hiss edəndə təbii ki, millətçilər sinirlənirlər. Belə hallar olanda kim sinirlənməz ki?!" - P.Yantev söylədi. Onun dediyinə görə, Yeni Millətçi Hərəkatın çox böyük perspektivləri var. Rusiya Siyasi Konyuktura Mərkəzinin aparıcı eksperti Pavel Salin əmindir ki, "Kosmos" hotelində konfrans keçirən millətçilər uğursuz yol tutublar. "Onlar millətçilik, radikal şovinizm və ksenofobiyanı, milli zəmində dözülməzliyi nfuzlu və çəkili siyasi hərəkata döndərmək, "rusların hüquqlarının müdafiəsi" ilə məşğul olduqlarını göstərmək istəyirlər. Lakin bu insanlar anlamırlar ki, sırf millətçi partiyanın Rusiyada heç bir perspektivi yoxdur", - P.Salin söylədi. Onun fikrincə, Rusiyada çalışan və yaşayan azərbaycanlıların ciddi narahatlıq keçirmələri üçün heç bir əsas yoxdur. Belə ki, ideoloжi millətçilər hər millətdə və dövlətdə var. Əhalinin 10-15%-ni təşkil edən bu insanlar millətçi təşkilat və hərəkatları dəstəkləyir, amma siyasi baxımdan fəal olmurlar. Rusiyadakı soydaşlarımızın icma təşkilatlarının rəhbərləri Moskvada millətçilərin bir araya gələrək yeni hərəkat yaratmalarını diqqətlə izləsələr də, narahat olmadıqlarını deyirlər. Moskvadakı azərbaycanlıların "Vətən" cəmiyyətinin sədr müavini Aslan Qurbanovun dediyinə görə, Rusiya millətçiləri indi sosial, daha doğrusu sosialist şüarlarla çıxış edərək kütlənin ən marginal təbəqəsinin nümayəndələrini ələ almaq, populyarlığını artırmağa çalışırlar. "Onların birləşmələrinə gəldikdə isə, əminəm ki, heç nə alınmayacaq. Çünki rusiyalı millətçilərin istisnasız olaraq bütün qruplaşma və təşkilatları lider ətrafında birləşən strukturlardır. Buna görə də onların əməkdaşlıq edərək birləşmələri inandırıcı təsir bağışlamır", - A.Qurbanov dedi. "Ekspress"in əldə etdiyi məlumatlara görə, ən radikal millətçi qruplaşma və hərəkatların bir araya gəlməsi ilə bağlı ideya ksenofoblarla şovinistlərin özlərinə yox, Kremlə məxsusdur. Bilavasitə təşkilatçı isə məşhur siyasi texnoloq Stanislav Belkovskidir. S.Belkovski "Ekspress" əməkdaşı ilə söhbətində bunu qətiyyətlə təkzib etməyə çalışdı: "Bəhs etdiyiniz iddia "Gənc Rusiya" ("Rossiya Molodaya") hərəkatının rəhbərlərinə məxsus ucuz yalandır. Əvvəla, mənim Kremllə heç bir əlaqəm yoxdur və sifariş əsasında işləmirəm. Bundan başqa, Rusiyadakı millətçilərin birləşməsi ideyası ölü doğulmuş uşaqdır və belə uğursuz layihə mənlik deyil". Həmsöhbətimiz "ölü uşaq"dan kənar durmağa çalışsa da, "Yeni Millətçi Hərəkat"ın bəyannaməsi az qala sözbəsöz S.Belkovskinin "Yeni millətçi struktur: birləşmək perspektivləri" adlı analitik hesabatındakı müəyyən tezislərin təkrarıdır. Moskva Helsinki Qrupunun sədri Lüdmila Alekseyeva millətçilərin yeni struktur yaratmaq cəhdləri və bunun da Kreml tərəfindən üstüörtülü şəkildə dəstəklənməsini çox təhlükəli hadisə sayır: "Hakimiyyət üçün millətçiləri dəstəkləmək ölümə bərabərdir. Rusiya çoxmillətli ölkədir və burada millətçilərin göstəriş əsasında birləşməsi, onlara hansısa kart-blanşların verilməsi bəribaşdan uğursuz gedişdir". Həsən AĞACAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar