SON XƏBƏRLƏR

Səhhəti pisləşən Abbas Lisani xəstəxanaya aparılıb

2023.01.04, 08:39
Səhhəti pisləşən Abbas Lisani xəstəxanaya aparılıb

Gunaz.tv

Bel diski ağrıları çoxaldığı üçün o, yanvarın 2-i axşam saatlarında Ərdəbilin "İmam Əli" xəstəxanasına aparılıb.

Siyasi məhbusu müayinə edən həkimlər onun sağlıq durumunun ağır olduğunu bildirib və yenidən əməliyyata ehtiyac olması barədə rəy veriblər.

Zədələrin bədxassəli olmasına gətirib çıxaracaq cərrahiyyə əməliyyatının gecikdirildiyini vurğulayan həkimlər Ərdəbil həbsxanasının rəhbərliyinə məktub yazıb.

Onlar Abbas Lisaninin əməliyyat olunmasının zəruriliyini vurğulayıblar.

Qeyd edək ki, əməliyyat olunduqdan sonra həkimlərin tibbi məzuniyyətinin müddətinin uzadılması barədə arayışlarına baxmayaraq, ETTELAAT-ın təzyiqi və Ərdəbil prokuroru Abdullah Təbatəbayinin göstərişi ilə onun məzuniyyət qərarı ləğv edilib.

Abbas Lisani avqustun 27-i günorta saatlarında Ərdəbil zindanına geri qayıtmağa məcbur olub.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar