SON XƏBƏRLƏR

“Beynəlxalq Qələm Assosiyası” İrandan siyasi məhbusların sərbəst buraxılmasını tələb edib

2021.10.20, 07:36
“Beynəlxalq Qələm Assosiyası” İrandan siyasi məhbusların sərbəst buraxılmasını tələb edib

Gunaz.tv

GünAz TV: “Beynəlxalq Qələm Assosiyası” İran rəhbərliyini siyasi məhbusları sərbəst buraxmağa çağırıb.

 

Təşkilat bu barədə Twitter səhifəsində paylaşdığı mətndə İran rəsmilərinin koronavirus infeksiyası ilə əlaqədar minlərlə məhbusun azadlığa buraxılması iddiasına işarə edərək bildirib ki, İranda səlahiyyətli şəxslər minlərlə məhbusu müvəqqəti olaraq sərbəst buraxıb. Buna baxmayaraq hələ də bir çox əqidə və vicdan məhbusu dəmir barmaqlıqlar arxasında qalmaqdadır.

 

Beynəlxalq assosiya İran rəsmilərinə müraciətində bildirib ki, məsullar dəqiq olmalıdır. Öz fikir və əqidələrini dinc şəkildə dilə gətirdiyi üçün həbs edilənlər qeyd-şərtsiz dərhal sərbəst buraxılmalıdır.

 

Koronavirus infeksiyası ilə əlaqədar bir neçə güney azərbaycanlı milli-mədəni fəal məzuniyyətə buraxılıb. Lakin Azərbaycan əhalisi və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini və Məhəmməd Əbdülməhəmmədzadə kimi milli-mədəni fəallar hələ də həbsxanadan məzuniyyətə buraxılmır.

 

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar