SON XƏBƏRLƏR

Bir ay əvvəl Təbrizdə həbs edilən 5 azərbaycanlı bəhai müvəqqəti olaraq azadlığa buraxılıb

2021.10.20, 07:36
Bir ay əvvəl Təbrizdə həbs edilən 5 azərbaycanlı bəhai müvəqqəti olaraq azadlığa buraxılıb

Gunaz.tv

GünAzTV: İranda bəhai dininə mənsub olduqlarına görə bir ay əvvəl təbrizdə həbs edilən 5 bəhai, Monika Əlizadə, Şəbnəm İsaxani, Şəhriyar Xodapənah, Kambiz Misaqi və Xeyrullah Bəxşi müvəqqəti olaraq azadlığa buraxılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, həbs edildikdən sonra Tehranın Evin zindanına köçürülən bəhailər, dekabrın 16-da 250 milyon tümənlik mülki vəsiqə girovu qoyaraq, məhkəmələrinin keçirilməsinə qədər müvəqqəti olaraq azadlığa buraxılıb. Azadlığa çıxan 5 bəhai ilə eyni vaxtda həbs edilən digər təbrizli bəhai Fərzad Bahadurinin taleyi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, ETTELAAT-ın Təbriz bölməsinin əməkdaşları, azərbaycanlı bəhailər Fərzad Bahaduri, Şəhriyar Xodapənah və Kambiz Misaqini noyabrın 17-də, Monika Əlizadə (Əqdəsi) və Xeyrullah Bəxşini noyabrın 18-də, Şəbnəm İsaxanini isə noyabrın 20-də şəxsi mənzillərində tutub aparmışdılar. Bəhain evlərində yoxlama aparılmış, onlara məxsus bir sıra şəxsi əşyalar və bəhai dininə aid kitablar götürülmüşdü.

 

 

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz buna görə də, son 40 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

 

İrandakı ruhanilərin təhriki ilə “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar