SON XƏBƏRLƏR

KİV: “ABŞ bir ildə Ukraynaya 77 milyard dollardan çox vəsait xərcləyib”

2023.02.27, 10:16
KİV: “ABŞ bir ildə Ukraynaya 77 milyard dollardan çox vəsait xərcləyib”

Gunaz.tv

Bunu Amerikanın “The Hill” nəşri hesablayıb.

Nəşr göstərir ki, 29,3 milyard dollar 2022-ci il fevralın 24-dən verilən hərbi yardımın, 45 milyard dollar isə “Ukraynanın ümumi təhlükəsizliyini təmin etmək, iqtisadiyyatını, enerji təhlükəsizliyini bərpa etmək və humanitar böhrandan çıxmaq üçün” vəsaitlərin payına düşüb.

Məqalədə xüsusən qeyd olunub ki, həm Ukrayna daxilində, həm də bütün regionda qaçqınlara və digər həssas qruplara humanitar yardımın bir hissəsi kimi Vaşinqton 1,9 milyard dollar ayırıb.

“The Hill” hərbi yardımın nəyə və nə qədər həcmdə xərcləndiyini də hesablayıb. Nəşr silah və texnikanın ümumi həcmini hesablayıb, yəni söhbət artıq çatdırılmış və Ukraynaya təhvil verilməsinə yeni qərar verilmişdən gedir.

Bildirilib ki, Vaşinqton ümumilikdə Kiyevə 8,5 mindən çox “Javelin” tankəleyhinə sistemlər, 1,6 mindən çox “Stinger” zenit sistemi, 13 min qumbaraatan və atıcı silahlar, o cümlədən ona 111 milyon patronu, 20 ədəd “MI-17” helikopteri, 2 000-dən çox “Switchblade” və “Phoenix Ghost” pilotsuz uçuş aparatı Kiyevə tədarük etməyə razılaşıb.

Nəşr ayrı-ayrı silah sistemlərinin hər birinə nə qədər pul xərcləndiyini örnək gətirir. Beləliklə, hər bir “HIMARS” (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) təxminən 4 milyon dollara başa gəlir. 100 min dollara isə onun sadəcə bir raketidir.

Ümumilikdə ABŞ Ukraynaya 20 belə sistem verib.

Eyni zamanda, nəşr hər bir “Abrams” tankının 10 milyon dollara başa gəldiyini vurğulayıb.

Xatırladaq ki, yanvarın 25-də ABŞ “Abrams” tanklarını Ukraynaya tədarük etmək qərarına gəlib.

Qeyd edək ki, ABŞ Prezidentinin müşaviri Ceyk Sallivan “Abrams” tanklarının Ukranaya ötürülməsinin Almaniyadan olan təzyiqlərlə əlaqələndirib. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar