SON XƏBƏRLƏR

Bir Isveçlı velosepedçinin xatirələri .Azərbaycan və Pakistan

2021.10.20, 07:36
Bir Isveçlı velosepedçinin xatirələri .Azərbaycan və Pakistan

Gunaz.tv
Bir Isveçlı velosepedçinin xatirələri Azərbaycan və Pakistan x190331.jpg Artıq bir balaca fürsət əldə edib, bilgisayar qabağında oturub son həftelerde yaşadığım hadisələr və xatirələri sizlərlə paylaşmaq istərdim. Bu anda Lahor şəhərində bir çox luks və gözəl hoteldəyəm. Bir balaca kəsalətim var və hərdən bir öskürürərək ağız – burnumun suyu bir-birinə qarışır. Amma bir neçə gün dincəlməklə bu kəsalət də keçib gedər. Azərbaycanda məni bir prenses kimi qarşıladılar. O iki İsveç azərbaycanləlarıyla ki gəmidə taniş olmuşdum, öz yoldaşlarına tapşırıqlar vermişlər, onların dostları həqiqətən də mənə olmayan məhəbbətləri etdilər. Demək hotel pulu və hətta yeməklərə bele onların qonağıydım. Onların nə qədər pul xərclədikləri əvvəldə mənə çox təəccübli gəlsə də, tezliklə anladım ki, Azərbaycan xalqı nə qədər ürəyiaçıq, mehriban və yardımedici bir xalqdır. Bu haqda bir məsələni yazmaq yersiz olmaz: “ Bir dəfə metroya minmək məcburiyyətindeydim. Çalışırdım ki, bilet alam, birisi mənim bilet almamım qarşısını alaraq, öz metro kartıyla məni keçirdi. əlbəttə bu bir dəfə yox bəlkə bir neçə dəfə təkrar olundu”. Çoxlu insanlar mənə şəhərin tarixi yerlərini göstərməkdə əllərindən gələni əsirgəmirdilər. Məndən tez-tez ölkələri haqda soruşurdular. Yalnız bunu deyə bilərəm: çox gözəl bir ölkə, yuxarı istandartlı təhlükəsizliyi və bollu-bollu qonaqpərvər milləti var idi. Hətta telviziyalar və qəzetlər bele məndən müsahibə almaqdan çəkinmirdilər. Və böyük maraqla məni dinləyirdilər. Bir başqa maraqlı məsələ isə, veloseped turumun son mərhələsində iki veloseped qrupu ilə qarşılaşdım. Onlar da Olmpia oyunlarına hazırlaşırdılar. Qrupların birisi Alman velosepedçiləri və başqa qrup isə deyişik ölkələrdən, o cümlədən Yunanlar, Polşalar və Letlandlilardan ibarət idi. İki gecə gündüz Alman velosepedçilərilə birgə yaşadım və qrupda yaşamağın yaxçılıq və pislikləri ağır yüngül edərək belə bir qərara gəldim ki, elə tək və ya xod bir iki nəfər olmaq daha böyük qrupdan yaxşıdır. Çox maraqlı məsələlər baş verib bu müddət ərzində ki, eliyə bilməmişəm sizlərilə paylaşam. Doğrusu indi bilmirəm haradan başlayam. Gəncə şəhərində bir Norvecli qizinan da taniş oldum və hətta onun evində də qaldım. O Gəncə şəhərində bir internasional məktəbdə çalışırdı. O menə xoş keçsin deyə iki yoldaşını da qonaq çağırdı onlardan birisi ele Norvecli və digərisi isə Amerikalı bir oğlan idi. Bərabər oturub mənim çəkdiyim resimlərə baxdıq, çox maraqlıdır adam öz həmyaşlarıyla olanda. O insanlar ki, mənə maddi və mənəvi yardımlar etdilər, hotel xərcimi, yemək xərclərimi ödədilər; onlar ki mənə şəhərlərin deyişik yerlərini və tarixi abidələrini göstərməkdə yardımçı oldular və o adamlar ki, məni dağa dirmaşmaqda yardım edib və şəhəri gəzdirdilər hamisina sonsuz təşəkkürürlərimi bildirirəm. Bir şey ki, çox könlüm istəyirdi, amma müvvəffəq olmadım Azərbaycanın əsil kəndlərini görmək idi. Umud edirəm bir daha belə bir fürsət eldə edib və gəlib Qafqaz dağlarını və Bakının cənub hissələrini görəm. Baxıb görək inşallah ki, pul olsun və bir də vaxt tapıb bir daha gəlib Azərbaycanın başqa görmədiyim yerlərini və Gürcustanı görəm. Erica Österlund qaynaq:www.azadtribun.net

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar