SON XƏBƏRLƏR

“Birləşmiş Krallıq körfəzdə Amerikanın rəhbərlik etdiyi koalisiya ilə əməkdaşlığa davam edəcək”- İngilis admiraldan açıqlama- FOTO

2021.10.20, 07:36
“Birləşmiş Krallıq körfəzdə Amerikanın rəhbərlik etdiyi koalisiya ilə əməkdaşlığa davam edəcək”- İngilis admiraldan açıqlama- FOTO

Gunaz.tv

GünAz TV: Birləşmiş Krallığın Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Toni Radakin körfəzdə İran təhdidlərinin hələ də sovuşmadığını deyib.

 

O, iyul ayında “Sepah” terror təşkilatı tərəfindən Britaniya bayrağı altında üzən Stena İmpero adlı tankerin saxlanması məsələsinə toxunaraq, bunu təcavüzkar və çirkin addım adlandırıb.

 

Admiralın sözlərinə görə, sözügedən tankerin buraxılmasından sonra rəsmi London Tehranla gərginlikləri azaltmağa çalışıb. Lakin İran təhdidləri hələ də mövcud olduğundan, Birləşmiş Krallığın donanmasına məxsus hərbi gəmilər körfəzdə mövcudluqlarını davam etdirəcəklər.

 

 

Stena İmpero İran tərəfindən buraxılan zaman Britaniyanın regionda “HMS Montrose” adlı yalnız bir freqatı (kiçik döyüş gəmisi-red.) var idi. Qısa müddət sonra isə digər döyüş gəmisi- “HMS Defender” də beynəlxalq sularda təhlükəsizliyi qorumaq üçün ona qoşulmuşdu.

 

 

Toni Radakin həmçinin qeyd edib ki, biz İran kimi təcavüzkar siyasət aparan hər bir dövlətə reaksiya verməyə məcburuq. O, ölkəsinin körfəzdə fəaliyyət göstərən koalisiyalarla bağlı mövqeyini də açıqlayıb.

 

“Birləşmiş Krallıq körfəzdə təhlükəsizliyi təmin etmək üçün Fransa tərəfindən yaradılmaqda olan koalisiya ilə deyil, Amerikanın başçılıq etdiyi koalisiya ilə əməkdaşlığa davam edəcək. Biz bir müddət əvvəl Fransanın təşəbbüsünü dəstəkləyən zaman mövcud hərbi əlaqələr də daxil olmaqla, ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qoşulmaq üçün əməli səbəb görmürdük. Hazırda ABŞ koalisiyası ilə əməkdaşlıq etməklə bağlı qərarımız Tramp administrasiyasının yürütdüyü maksimum təzyiq siyasətini dəstəkləmək anlamına gəlmir, bu, sadəcə regionda dənizçiliyin təhlükəsizliyini təmin etmək üçündür”, - deyə Britaniya Hərbi Dəniz Qüvvələrinin komandanı əlavə edib.

 

Toni Radakin həmçinin ölkəsinin Karib hövzəsi və Asiya-Sakit Okeanı regionunda da gəmilərini yerləşdirməyi düşündüyünü qeyd edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar